BolgeXeber.Com » Xəbərlər » Prezident İlham Əliyev zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı tapşırıq verib - Nazir
Prezident İlham Əliyev zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı tapşırıq verib - Nazir
6-02-2019, 12:12
Oxunub: 1 562
K.Heydərov bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, rayon Fövqəladə Hallar Komissiyası ilə birlikdə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında müvafiq işlər görüləcək
Bolgexeber.com Trend-ə istinadən xəbər verir ki, bunu Şamaxıda jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
K.Heydərov bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, rayon Fövqəladə Hallar Komissiyası ilə birlikdə Şamaxı, İsmayıllı və Ağsu rayonlarında müvafiq işlər görüləcək:
"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondunun könüllüləri də bu işdə yaxından iştirak edəcəklər".
Nazir vurğulayıb ki, qəzalı vəziyyətdə olan evlərin sakinləri lazımi yerlərdə müvəqqəti yerləşdiriləcək: "Təmir-bərpa işləri üçün dövlət tərəfindən yardım ayrılacaq".
Xatırladaq ki, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Sonuncu zəlzələ isə saat 04:25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Həmin təkanların 3-ü hiss olunub, sonuncu iki zəlzələ isə hiss edilməyib.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər