XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

AzTV-də müğənnilərlə bağlı sərt qərar (SİYAHI)

AzTV-də müğənnilərlə bağlı sərt qərar (SİYAHI)Bu gün "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb.

Bolgexeber.com-nun yenicag.az-a istinadən məlumata görə, Bədii Şura ayda 2 dəfə toplanmaqla Azərbaycan Televiziyası və Radiosu, "Mədəniyyət” və "İdman Azərbaycan”da yayımlanan veriliş və proqramları müzakirə edəcək, öz irad və təkliflərini verəcək. Yeni TV və Radio layihələrinin efir məkanına buraxılması kollegial şəkildə reallaşacaq.

Məqsəd nümayiş olunan ədəbi-bədii və musiqili veriliş, proqram və layihələrdə aparıcıların danışıq, davranış və geyim tərzi, (bu, verilişlərə dəvət olunmuş müğənnilərə də aiddir) bədii tərtibatla bağlı Bədii Şura üzvlərinin rəylərinin nəzərə alınmasına xidmət edir.

Bədii Şurada müğənni, xalq artisti Mübariz Tağıyev, Milli Konservatoriyanın rektoru, professor, xalq artisti Siyavuş Kərimi, bəstəkar, xalq artisti Faiq Sücəddinov, xanəndə, xalq artisti Mənsum İbrahimov, şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi Ceyran Mahmudova, müğənni, xalq artisti Fidan Hacıyeva, dizayner-modelyer, xalq artisti Fəxriyyə Xələfova, rəqqasə, xalq artisti Təranə Muradova, tarzən, xalq artisti Ramiz Quliyev təmsil olunacaqlar.
Bölmə: Media | 06 fevral 2019 14:35 | Baxış sayı: 77





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: