BolgeXeber.Com » Ölkə » Nazirlikdən xəbərdarlıq: güclü külək əsəcək, yağış yağacaq

Nazirlikdən xəbərdarlıq: güclü külək əsəcək, yağış yağacaq

6-02-2019, 17:32
Oxunub: 3 511 Nazirlikdən xəbərdarlıq: güclü külək əsəcək, yağış yağacaqSabah ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı xəbərdatlıqda bildirilir.



Xəbərdarlığa əsasən Bakıda və Abşeron yarımadasında fevralın 7-də cənub-qərb küləyinin 15-18, arabir 20-23 m/s, fevralın 8-də isə şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.



Azərbaycanın rayonlarında fevralın 7-8-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi, fevralın 8-i axşamdan fevralın 12-dək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.