BolgeXeber.Com » Xəbərlər » "Barselona" - "Real Madrid" oyunu heç-heçə başa çatıb - VİDEO

"Barselona" - "Real Madrid" oyunu heç-heçə başa çatıb - VİDEO

7-02-2019, 10:21
Oxunub: 1 908 "Barselona" - "Real Madrid" oyunu heç-heçə başa çatıb - VİDEOFutbol üzrə İspaniya Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

"Nou Kamp" stadionunda "Barselona" və "Real Madrid" komandaları üz-üzə gəlib.

Görüş heç-heçə ilə yekunlaşıb - 1:1. Hesabı 6-cı dəqiqədə qonaq komandadan Lukas Vaskes açıb. 57-ci dəqiqədə isə Malkom meydan sahiblərinin bərabərlik qolunu vurub.

"Barsa"nın kapitanı Lionel Messi 63-cü dəqiqədən sonra oyunda olub. Argentinalı hücumçu La Liqanın ötən turunda "Valensiya" ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə zədələndiyi üçün start heyətdə yer almayıb.

Qeyd edək ki, digər yarımfinal matçı bu gün "Betis" və "Valensiya" arasında olacaq. Cavab qarşılaşmaları 27-28 fevralda keçiriləcək.