İş adamına qarşı dələduzluq edən hüquqşünas məhkəmə zalında həbs edilib
7-02-2019, 11:52
Oxunub: 1 803
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Raşad Novruzovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. R.Novruzovun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib və o, məhkəmə zalında həbs olunub.
İttiham aktına əsasən, R.Novruzov İ.Bağırova qarşı 116 min manatlıq dələduzluq edib. İxtisasca hüquqşünas olan R.Novruzov zərərçəkmişdən həmin məbləği lombard açmaq adı ilə alıb. O, lombardı açandan sonra bir müddət işlədib, daha sonra İ.Bağırovun 116 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Zərərçəkmişin şikayəti əsasında saxlanılan R.Novruzov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq dövründə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Xatırladaq ki, R.Novruzov əvvəllər də məhkumluq həyatı yaşayıb.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər