XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

“Lotu Quli” Türkiyəyə qayıtdı

“Lotu Quli” Türkiyəyə qayıtdı2018-ci ilin dekabrında Türkiyədən Azərbaycana ekstradisiya olunan “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifov geri dönüb

Bu haqda “Yeni Müsavat”a daxil olan məlumatı “Lotu Quli”yə yaxın mənbə təsdiq edib. Ötən ilin sonunda “Lotu Quli” Bakıya ciddi nəzarət altında gətirilmişdi. Onun yanına yaxın çevrəsinə daxil olan çox məhdud sayda şəxslər buraxılırdılar. Həmin günlərdə N.Səlifovun nə vaxta qədər ev dustaqlığında saxlanılacağı bilinmirdi. Məlum olan bu idi ki, N.Səlifovun ekstradisiyasını yüksək rütbəli polis məmurlarından biri həyata keçirib.

N.Səlifov Azərbaycan həbsxanalarında 22,5 il cəza çəkdikdən sonra 2018-ci ilin oktyabrında azadlığa buraxılıb və dərhal da ölkəni tərk edərək Türkiyəyə yerləşmişdi. Bundan az sonra Rusiya Federasiyası onun barəsində çoxsaylı şikayətlər olduğunu əsas gətirərək, N.Səlifovun Rusiyanın hüquq-mühafizə orqanlarına təhvil verilməsini istəyirdi. Həmin günlərdə o, Azərbaycana gətirilmişdi. 46 yaşlı “qanuni oğru” Nadir Səlifov hazırda postsovet məkanının ən nüfuzlu avtoritetidir.

Onun İstanbula geri dönüş etməsi də maraq doğurur. Bu dəfə mühafizəsini gücləndirməsi, ətrafına daha etibarlı şəxslər yığması ilə bağlı məlumatlar var. Rövşən Lənkəranskidən sonra Rusiyada meyvə-tərəvəz imperiyası hazırda “Lotu Quli”nin nəzarətinə keçib. Odur ki, bu ölkədəki “Lotu Quli”nin oliqarxlarla toqquşması, barəsində yerli hüquq mühafizə orqanlarının hərəkətliliyi də başa düşüləndir.

Xatırladaq ki, N.Səlifov 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Həbsindən sonra N.Səlifov uzun illər Gürcüstana ekstradisiya edilməsinə nail olmağa çalışıb. 2018-ci il oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsi vəkilin “Lotu Quli”nin cəzasının şərti cəza ilə əvəzlənməsi haqda vəsatətini təmin edib. Bundan sonra N.Səlifov yaşayış yeri kimi Türkiyəni seçib. Onun Birləşmiş Ərəb Əmirlikləri və Albaniyaya da ara-sıra baş çəkməsi haqda xəbərlər var.
Bölmə: Dünya | 07 fevral 2019 13:18 | Baxış sayı: 48





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: