BolgeXeber.Com » İdman » 2019-cı ilin ilk reytinq cədvəli açıqlandı - Millimiz neçəncidir?

2019-cı ilin ilk reytinq cədvəli açıqlandı - Millimiz neçəncidir?

7-02-2019, 16:01
Oxunub: 3 204 2019-cı ilin ilk reytinq cədvəli açıqlandı - Millimiz neçəncidir?FİFA milli komandaların 2019-cı il üçün ilk reytinq cədvəlini açıqlayıb.

Bolgexeber.com qol.az-a istinadən xəbər verir ki, dekabrla müqayisədə millimizin mövqeyində dəyişiklik olmayıb. Bundan əvvəlki reytinqdən sonra heç bir oyun keçirməyən komanda 1206 xalla 107-ci yerdədir.

Millimizin Avro-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya (1634) 4-cü, Uels (1525) 19-cu, Slovakiya (1483) 29-cu, Macarıstan (1412) 52-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 1727 xalla Belçika başçılıq edir. Fransa 2-ci (1726), Braziliya isə 3-cü (1676) yerdə qərarlaşıb.