“Eurovision” finalçılarımız təsdiqləndi
7-02-2019, 17:24
Oxunub: 4 377
“İctimai Televiziya “Eurovision 2019” yarışmasında ölkəmizi təmsil edəcək sənətçinin müəyyənləşməsi üçün qapalı kastinq həyata keçirib. Kastinqə 40-dan çox musiqiçi dəvət edilib və onların arasından 4-ü finala vəsiqə qazanıb. Həmin 4 finalçı – Tofiq Hacıyev, Çingiz Mustafayev, Ləman Dadaşova və Samirə Əfəndidir”
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycanın “Eurovision” üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova deyib. O, milli seçim turlarında finala qalan şəxslərin adını açıqlayaraq seçimlərin münsiflər tərəfindən aparıldığını bildirib:
“Bu seçim İctimai Televiziya və milli münsiflər heyəti tərəfindən aparılır. Hazırda biz seçimin bitməsini gözləyirik ki, seçilən ən yaxşı demo-versiyanı 4 finalçının ifasında yazaq. Məhz bu mərhələdən sonra ən yaxşı mahnı və ifaçı seçilərək “Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək şansı qazanacaq.Təmsilçinin kimliyi mart ayından tez olmayaraq milli münsiflər heyətinin qərarından sonra məhz İctimai Televiziyada açıqlanacaq. Ümumiyyətlə “Eurovision”la bağlı bütün son xəbərlər, eləcə də təmsilçinin adı ilk olaraq İctimai Televiziyada səslənəcək”
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər