BolgeXeber.Com » Xəbərlər » Xızıda zəlzələdənqorxan dəvə fəhləni öldürdü

Xızıda zəlzələdənqorxan dəvə fəhləni öldürdü

8-02-2019, 11:09
Oxunub: 1 772 Xızıda zəlzələdənqorxan dəvə fəhləni öldürdüFevralın 6-da Altıağac qəsəbəsində yerləşən otellərdən birində saxlanılan dəvə fəhləyə hücum edərək onu öldürüb.

Bolgexeber.com Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə baxış keçirilib, iş üçün zəruri olan maddi sübutlar götürülüb, müvafiq ekspertizlar təyin edilib və ilkin izahatlar alınıb.

İlkin araşdırmalarla belə nəticəyə gəlinib ki, həmin oteldə fəhlə işləyən, 1961-ci il təvəllüdlü Əlibala Əliyev fevralın 5-də saat 23.00 radələrində Xızı rayonu ərazisində qeydə alınmış zəlzələdən sonra sahədə gəzişərkən dəvələrin saxlanıldığı xüsusi sahəyə daxil olub.

Cütləşmə dövrü, həmçinin baş vermiş zəlzələdən aqressivləşən dəvə Ə.Əliyevə hücum edib, onun boynunu dişləri ilə sıxaraq tövlənin pəncərəsindən içəri salıb. Dəvə fəhləni dişləyərək və ayaq zərbələri ilə öldürüb.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.