"Müsyo Jordan" vəfat etdi-FOTO
8-02-2019, 13:29
Oxunub: 5 033
Rusiyanın xalq artisti Sergey Yurski vəfat edib.
83 yaşında dünyasını dəyişən aktyorun ölüm xəbərini çalışdığı teatrdan yayıblar. Qızı atasının uzun müddətdir xəstə olduğunu bildirib.
Sergey Azərbaycan tamaşaçısına da yad sima olmayıb. Belə ki, o, məşhur "Dərviş Parisi partladır" filmində Müsyo Jordan obrazını canlandırıb.
Yurski 16 mart 1935 il tarixində Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olub. Onun atası Yuri Yurski teatr aktyoru və rejissoru, sirk rəhbəri, anası Yevgeniya Yurskaya isə musiqi müəlliməsi olub. Yurski təxəllüsü əslində Sergeyin atasının olub. Onların əsl soyadı Jixaryovdur. Uşaq yaşlarında incəsənətə həvəsi olan Sergeyi valideynləri bu yoldan çəkindirməyə çalışıblar, amma bunu bacarmayıblar. Sergey Yurskinin aktyor olmaq istəyi təхminən on dörd yaşında baş qaldırdı. Amma o, valideynlərinin istəyi ilə A. A. Jdanov adına Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. S.Yurski Leninqrad Dövlət Universitetində hüquq elmini öyrənməklə yanaşı, universitetin dram dərnəyində də məşğul olmağa vaхt tapırdı. Atası isə onu teatr səhnəsindən uzaqlaşdırmağa çalışırdı. Amma universitetdə qoyulan tamaşalarda Sergeyə bir-birinin ardınca müхtəlif rollar verilirdi. 1959-cu ildə A. N. Ostrovski adına Leninqrad Teatr İnstitutunu bitirib.1961-ci ildə aktrisa Zinaida Şarko ilə evlənən Sergey Yurski bu xanımla cəmi 7 il birgə yaşayıb və boşanıblar. Daha sonra o, ikinci dəfə Natalya Tenyakova evlənib.
Gənc yaşından başlayaraq Yurski kino və teatrda müxtəlif rollar oynayıb və tezliklə də məşhurlaşıb. Sergey Yurskinin Azərbaycana da bağlılığı var. Belə ki, o, Azərbaycanda da filmlərə çəkilib və sevilmişdir. Xüsusilə onun “Dərviş Parisi partladır” filmində yaratdığı Müsyö Jordan obrazı bugünkü gündə də sevilə-sevilə izlənilir. Aktyor ekran əsərində fransız təbiətşünası Müsyö Jordan rolunu təbii və koloritli ifa etməklə bərabər, həm də personajın nitqinin səsləndirilməsini də məharətlə yerinə yetirib. Bundan başqa aktyor “Şir evdən getdi” filmində ovçu, “Bir ailəlik bağ evi” filmində direktor, və “Qorxma, mən səninləyəm!” filmində pristav rollarını oynayıb.
Yurski aktyor olmaqla yanaşı, həm də rejissor və ssenaristdir. 1957-ci ildən etibarən Leninqraddakı M.Qorki adına Böyük Dram Teatrının aktyoru idi. 1979-cu ildən isə Yurski Moskvanın Mossovet adına Teatrında çıxış edir və “Müasir pyes məktəbi”ndə çalışırdı. Bir sıra teatr tamaşasının rejissorudur.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər