XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Asif Ağayev MKTB-nin əmək haqqı kartlarını ələ keçirib? - Beyləqandan soraq var...

Asif Ağayev MKTB-nin əmək haqqı kartlarını ələ keçirib? - Beyləqandan soraq var...Bildirilir ki, Vaqif Abdullayevin dövründə əmək haqqı kartlarının 30-40 faizi Mənzil Kommunal Təsərrüfat Birliyinin müdirində olub

Beyləqandan Dia.az-a daxil olan məlumata görə icra baçısı Asif Ağayev son günlər atdığı bəzi maraqlı addımlarla rayon əhalisinin dilindən düşmür. Belə ki, Beyləqandan saytımıza verilən məlumatda vurğulanır ki, rayon icra başçısı Mənzil Kommunal Təəsrrüfat Birliyində işləyən 150-dən ox "işçi"nin əmək haqqı kartını alıb. Həmin şəxslər isə idarə müdirinin "ölü canlarına" yəni adı olub, özü olmayan "işçilərinə" aiddir.

Bildirək ki, 2015-ci ilə ölkədə manatın devalvasiyasından sonra ölkə rəhbəri İlham Əliyev ilə rayonlarda işsizliyin qarşısının alınması üçün Mənzil kommunal Təsərrüfat İdarələrinə və digər büdcə təşkilatlarına işçilərin götürülməsi tapşırığını verib. Hazırda rayonlarda ən çox işə götürülən idarə isə Mənzil Kommunal Təsərrfüfat Birlikləridir. Və bu işçilərin böyük əksəriyyəti "ölü candır". Yəni rəsmi olaraq işləsələr də onlar idarədə işə çıxmır.

Maaşları isə bir qayda olaraq idarə müdirləri ilə icra başçısı bölüşür. Qeyd edeək ki, bu hal demək olar ölkənin bütün rayonlarında özünü göstərir. Yəni bu yolla ölkənin bütün rayonlarında statistikanı şişirdirlər. Bundan əsasən icra başçıları və idarə müdirləri yararlanırlar. Büdcəyə isə ziyan vurulur. Çünki həmin büdcə pulları işə ehtiyacı olan .əxslərin ailə büdcəsinə daxil olmur.
Məlumatda qeyd edilir ki, Asif Ağayev xələfi Vaqif Abduallyevdən fərqli olaraq əmək haqqı kartlarının hamısını özünə götürüb. Bu isə ay ərzində 20-25 min manat miqdarında vəsait edir. Bu isə Mənzil kommunal Təsərrüfat İdarəsininmüdirinin xoşuna gəlməyib və müdir bu barədə hər yerdə danışmağa başlayıb. Bildirilir ki, bu barədə indi Beyləqanın bütün çayxanalarında danışırlar.

Bildirilir ki, Vaqif Abdullayevin dövründə əmək haqqı kartlarının 30-40 faizi Mənzil Kommunal Təsərrüfat Birliyinin müdirində olub. Ancaq Asif Ağayev rayonda abadlıq-quruculuq işlərinə görə bütün kartları özünə götürərək "xərcləri"nin çox olduğunu deyib
Bölmə: Xəbərlər | 08 fevral 2019 23:07 | Baxış sayı: 180





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: