BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycan neftinin qiyməti 63 dollara düşdü

Azərbaycan neftinin qiyməti 63 dollara düşdü

9-02-2019, 11:02
Oxunub: 2 350 Azərbaycan neftinin qiyməti 63 dollara düşdüCIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 7-də 63 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,38 dollar/barel azdır

Bolgexeber.com xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.



FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 62,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,18 dollar/barel azdır.



Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 58,79 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,45 dollar/barel azdır.



Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 60,97 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 1,34 dollar/barel azdır.