BolgeXeber.Com » Xəbərlər » İlham Əliyev Naxçıvanın vergilər nazirinə ali rütbə verdi

İlham Əliyev Naxçıvanın vergilər nazirinə ali rütbə verdi

9-02-2019, 17:40
Oxunub: 2 343 İlham Əliyev Naxçıvanın vergilər nazirinə ali rütbə verdiPrezident İlham Əliyev Vergilər Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Bolgexeber.com xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının vergilər naziri Azər İslam oğlu Nağıyevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

Bundan başqa, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması departamentinin baş direktoru Xəqani Qara oğlu İsgəndərova 3-cü dərəcəli dövlət ədliyyə müşaviri xüsusi rütbəsi verilib.