BolgeXeber.Com » Xəbərlər » Goranboy sakini: ''Sosial yardım ala bilmək üçün ilk 5-6 ayını məmurlara verməlisən''

Goranboy sakini: ''Sosial yardım ala bilmək üçün ilk 5-6 ayını məmurlara verməlisən''

10-02-2019, 20:22
Oxunub: 2 599 Goranboy sakini: ''Sosial yardım ala bilmək üçün ilk 5-6 ayını məmurlara verməlisən''5 uşaq atası iddia edir ki, DSMF-nin Goranboy Şöbəsinin "sövdələşmə"si ilə razılaşmadığı üçün sosial yardəm ala bilm

Bu günlərdə Goranboy sakini Sənan Əsədov Yeniavaz.com saytına ailəsinin çətin vəziyyətində ünvanlı sosial yardım ala bilməməsi ilə bağlı müraciət edib. S.Əsədov bildirib ki, 5 övladı var, aylıq gəliri isə 80 manatdır: "Elə gün olur ki, quru çörək belə tapa bilmirik. Böyük övladımın 11 yaşı var, ən kiçiyi isə 4 aylıq körpədir. Qohum-qonşunun evində fəhləlik etməklə ailənin gündəlik təlabatlarını bir təhər ödəyirəm".
S.Əsədov Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Goranboy Şöbəsinə ünvanlı sosial yardım almaq üçün müraciət etdiyini, lakin müsbət cavab ala bilməyiblər: "Dəfələrlə vəziyyətimizlə bağlı Goranboy Rayon İcra Hakimiyyətində olmuşuq. Get-gələ salınmaqdan başqa bizə hec bir köməklik göstərilmir. Qapısında sürü ilə mal-qarası olanlara sosial yardım verilir, bizim kimi imkansız ailə bu yardımdan yararlana bilmir".
5 uşaq atası iddia edir ki, DSMF-nin Goranboy Şöbəsinin "sövdələşmə"si ilə razılaşmadığı üçün sosial yardəm ala bilmir: "Bizi niyə əliboş geri qaytardıqlarını başa düşürəm. Bizi dəfələrlə gözlədirlər ki, bəlkə onlarla sövdələşərik. Biz də sövdələşmirik. Hamı kimi onlara təklif etməliydik ki, siz bizə sosial yardım verin, biz ilk 6 ayını sizə verməyə hazırıq. Heç nə demədik, onlar da bizi yolladılar. Rayonda alanların hamısı o cür razılaşır. Ona görə də baxırsan ki, qapısında sürüylə heyvanı, hektarlarla əkin-biçin sahəsi olanların hamısı ünvanlı sosial yardım alır”.
Ailə evlərində qazın da olmadığını və aidiyyatı qurumlardan kömək istədiklərini bildirir: ”Körpə uşaqlar evdə soyuqdan donurlar. 5 uşağı dolandırmaq çox çətindir. İşıq pulunu da ödəməyə çətinlik çəkirik. 12 ildir bu vəziyyətdə yaşayırıq. Məktəbli övladlarımın dərs ləvazimatlarını ala bilmirəm. Çox vaxt məktəbə getmirlər. İkisi məktəblidir. Biri 4 digəri 5-ci sinifdə oxuyur. 3-cü qızım bu il hazırlığa getməli idi. Ayaqqabısı, geyimi olmadığından göndərə bilmədik”.

Esmira Hidayətova, Goranboy
Goranboy sakini: ''Sosial yardım ala bilmək üçün ilk 5-6 ayını məmurlara verməlisən''