BolgeXeber.Com » Ölkə » Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb

11-02-2019, 10:11
Oxunub: 2 585 Son iki gündə cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıbAzərbaycanın daxili işlər orqanları tərəfindən iki gün ərzində 41 cinayətin üstü “isti izlər”lə açılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.

İki gündə axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.