BolgeXeber.Com » İqtisadiyyat » Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imzalar nə vaxt aktivləşəcək?

Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imzalar nə vaxt aktivləşəcək?

11-02-2019, 15:17
Oxunub: 2 593 Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imzalar nə vaxt aktivləşəcək?Yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatlarının aktivləşdirilməsi yaxın zamanlarda başlayacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavini bildirib ki, bu proses müəyyən prosedurların keçirilməsini tələb edir və hazırda bunun üzərində iş gedir:

“Bu gün yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatları mövcuddur. Hazırda söhbət elektron imza sertifikatlarının aktivləşdiriməsindən gedir”.

Sertifikatın qiymətinə gəldikdə isə, E.Vəlizadə bildirib ki, qiymət hələlik müəyyən edilməyib.