BolgeXeber.Com » Xəbərlər » Sumqayıt şəhər xəstəxanasının təmirinə 5 milyon manat ayrıldı

Sumqayıt şəhər xəstəxanasının təmirinə 5 milyon manat ayrıldı

11-02-2019, 18:44
Oxunub: 3 233 Sumqayıt şəhər xəstəxanasının təmirinə 5 milyon manat ayrıldıPrezident İlham Əliyev 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bolgexeber.com xəbər verir ki, sərəncamla 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.