BolgeXeber.Com » Xəbərlər » Baş nazir bu xanıma yüksək vəzifə verdi - təyinat

Baş nazir bu xanıma yüksək vəzifə verdi - təyinat

12-02-2019, 13:42
Oxunub: 1 453 Baş nazir bu xanıma yüksək vəzifə verdi - təyinatMərkəzi Seçki Komissiyasının keçmiş hüquq şöbəsinin müdiri İradə Hacıyeva Nazirlər Kabinetində yüksək vəzifəyə təyin olunub.

Bolgexeber.com xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, baş nazir Novruz Məmmədovun müvafiq əmri ilə İradə Hüseyn qızı Hacıyevaya Nazirlər Kabineti Aparatının ümumi şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.

İ.Hacıyeva Unikal.org-a təyinatı ilə bağlı xəbəri təsdiqləyib.

Qeyd edək ki, İradə Hacıyeva uzun illər MSK Katibliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.
Baş nazir bu xanıma yüksək vəzifə verdi - təyinat