Günün qoroskopu
16-03-2013, 09:15
Oxunub: 3 269
QOÇ - İxtiyarınızda bir qədər mistik gün durur. Tanrıya xoş getməyən əməllərdən çəkinin. Ulduzlar gün ərzində büdcənizin xeyli ağırlaşacağını bəyan edir. Buna hazır olun.
BUĞA - Kifayət qədər səmərəli gündür. İşbirliyi qurduğunuz adamlarla perspektivli nəticələr əldə edə bilərsiniz. Ulduzlar daha çox maliyyə baxımından uğurlara yiyələnəcəyinizi bildirir.
ƏKİZLƏR - Sizə dəxli olmayan məsələlərə az müdaxilə edin. Onsuz da son məqamda yardımçı olduğunuz şəxslər özünüzə qarşı yönələcək. Günün ikinci yarısında yaxın qohumlara baş çəkin.
XƏRÇƏNG - Yersiz lovğalıq, mənəm-mənəmlik sizə başucalığı gətirən deyil. Bu amili nəzərə alıb ünsiyyətdə olduğunuz adamlara qarşı mərhəmətli davranın. Yeni əlaqələrdən çəkinməyin.
ŞİR - İnsanlarla münasibətdə vəziyyət heç də ürəkaçan olmayacaq. Ola bilsin ki, sizə qarşı təxribat da törədilsin. Hər halda tədbirli olmağınız lazımdır. Axşam qonaqlıq görünür.
QIZ - Bütün enerjinizi məhəbbət amilinə yönəldin. Xırda umu-küsüləri və konfliktləri qaydasına salmağa çalışın. Bunu etməsəniz, Göy qübbəsinin qəzəbinə gəlib xəstələnə bilərsiniz.
TƏRƏZİ - Martın ən yaxşı günlərindən birini yaşayacaqsınız. Bu baxımdan fəaliyyət zəminində uğurlarınız daha çox olacaq. Sövdələşmələrdə qarşı tərəfin mövqeyini mütləq nəzərə alın.
ƏQRƏB - Fəaliyyətə ara verməyiniz məsləhətdir. Yaxşı olar ki, ürəyinizə yaxın olan simsarlarınızla bir yerdə olasınız. Bu, daxili nisgilinizi azalda bilər. Ziyarətə getmək də olar.
OXATAN - Fərdi fəaliyyət prinsipində müsbət dönüş yaratmaq istəyirsinizsə, bu təqvimdən maksimum istifadə edin. Əks təqdirdə yaxın günlərdə bu şansı itirəcəksiniz. Hamıya mehriban olun.
OĞLAQ - Xeyirxah Fikir, Xeyirxah Söz, Xeyirxah Əməl - ulu Zərdüştün bu tövsiyələri nə qədər ki, qəlbinizə hopmayıb, taledən mərhəmət gözləməyin. İndi seçim sizindir, başlamağa dəyər.
SUTÖKƏN - Səfər və qonaqlıq üçün ideal gündür. Əgər maddi durumunuz buna imkan verirsə, yola düşməyə dəyər. Yaxşı bilirsiniz ki, sizin üçün darıxanlar və yolunuzu gözləyənlər çoxdur.
BALIQLAR - Astroloji göstəricilər şəxsi münasibətlərinizi düzəltmək üçün gözəl imkan qazanacağınızı bildirir. Dəvətlərdən qaçmayın. Axşam dünyadan getmişlərinizə dualar oxuyun.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər