loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Lerikdə bir gün- FOTO-VİDEO



Uzunömürlu olmaq, inanılmaz istirahət etmək, cənnəti görmək istəyən bu rayona gəlsin


Novruz Bayramı ərəfəsində həm özümüzü, həm də oxucuları fikirləşərək Azərbaycanın dilbər guşələrindən biri olan Lerikə üz tutduq. Ucqar dağ rayonumuz olan Lerik cənnətin bir parçasıdır. Təbiətin verdiyi bütün gözəllikləri burada görmək mümkündür. Baharın gəlişi isə uca dağların qoynunda yerləşən bu rayonu daha da gözəlləşdirib. İnkişaf yolunda olan, hər gün yeniləşən Lerik rayonumuzu reportaj hazırlamaq üçün seçdiyimizə görə yanılmadığımıza bir daha əmin olduq. Bölgəxəbər-in adət-ənənələrimizə sadiq olan Lerik rayonundan hazırladığı reportajı sizə təqdim edirik.

Rayon haqqında

Talış dağlarının zirvəsində Azərbaycanın ən səfalı guşələrindən biri olan Lerik rayonu yerləşir. Rayonun ərazisindəki ən uca dağ zirvələri Kömürgöy (1492 metr) və Qızyurdu (2433 metr) dağlarıdır.

Azərbaycanın füsünkar təbiəti, mavi Xəzəri, əzəmətli dağları, saysız- hesabsız qalaları, zəngin və həddindən artıq diqqəti cəlb edən meşələri ulu keçmişdən qalan yadigarlardır. Bir sözlə bu diyar əsirlərin yaddaş kitabıdır.

İlahi Azərbaycandan, onun əsrarəngiz təbiətindən öz nadir nemətlətini əsirgəməmişdir. Bu baxımdan bənzərsizliyi, nadir ağacları, saf suyu, zümrüd meşələri, qalaları, tarixi yerləri ilə seçilən Talış dağlarını Azərbaycanın zümrüd qaşı adlandırırlar. Doğurdan da buraların gözəlliyini sözlə təsəvvür etmək mümkün deyil. Bu torpaqda müxtəlif vaxtlarda olmuş dünyanın məşhur səyyahları buraları cəsarətlə dünyanın ən gözəl, ən səfalı yerləri ilə müqayisə ediblər. Dahi fransız yazıçısı və səyyahı Aleksandr Düma Lerik meşələrindən keçərək Hovil kəndində olmuş, öz əsərlərində bu kəndin esgizlərini çəkmiş, bu diyarın gözəlliklərini vəsf etmiş, əhalinin qonaqpərvərliyindən, məşğuliyətindən geniş yazmışdır.

A.Düma Cəngəmiran kəndində olarkən eşitdiyi maraqlı bir hadisəni də gündəliyinə keçürməyi unutmur: “Bir kişi öz arvadı ilə kəndin qurtaracağındakı meşənin içində olan hamamda işləyirmiş... Birdən onlar pələngə rast gəlirlər. Kişi pələngi qovmaq fikri ilə hamama girir. Hirslənmiş pələng onun üstünə yeriyir. Xoşbəxtlikdən əli baltalı qadın kişinin ardınca gəlirmiş. Ərinin üstünə atılmağa hazırlaşdığını görən arvad əlindəki balta ilə pələngin başına zərbə endirmiş, pələngi öldürmüşdür...”

Başqa bir fransız arxeoloq- səyyahı Morqan Lerinin Veri kəndi ərazisindəki Qızılbaşlar qəbiristanlığında arxeoloji qazıntılar aparmış, bu diyarın qədim tarixindən söhbət açmışdır. Morqan mərtəbəli qəbirlərdən tapdığı bütün maddi mədəniyyət nümünələrini özü ilə Fransaya aparmışdır. Həmin eksponatlar indi də Paris muzeylərini bəzəyir. Səyyah, etnoqraf-tarixçi Berezin qeyd edir ki, “buranın yerli əhalisi çox qədim xalqdır. Onlar keçmiş Midyalılardır”.

Lerikin tarixi

Lerik rayonununun ərazisi ən qədim yaşayış məskənlərindən biridir. Qədim zamanlardan ibtidai insanlar dağların ətəklərində indi də mövcud olan təbii mağaralardan yaşayış məskəni kimi istifadə ediblər. Buranın təbii mağaralarından bəzilərinin hətta tunc dövründən də əvvəllərə aid olması ehtimal olunur. Görkəmli arxeoloq Hümmel bu mağaraları neolit (yeni daş dövrü ) dövrünə aid edir. Buranın dağlarında eramızdan əvvəl III-II minilliklərə aid maddi-mədəniyyət abidələri möcuddur...

Lerik ərazisində mövcud olan Oğlan və Qiz qalaları müdafiə məqsədi ilə tikilmişdir. Bu qalalara su dulus borularla bulaq çeşmələrindən çəkilbmiş. Qalaların bürcləri orjinal arxitektura quruluşuna malikdir. Bu qalalar haqqında əfsanələr mövcuddur.
Rəvayyətə görə bura qədim Albanların məskəni olmuşdur. Burada Albanlara məxsus qəbirstanlıq indi də mövcuddur. Səfəvilərin hakimiyyəti illərində Şah İsmayıl öz inanılmış adamlarını Lerik rayonu ərazisinə də göndərmişdir. İndi əhalinin ziyarətgaha çevirdiyi Babagil məqbərəsi də o dövrlərin yadigarıdır. Rayonun ərazisində olan Xanəgah məscidi XIV əsrə aiddir.

Hər kim yüz il yaşamasa...

Ümumiyyətlə, Lerikdə hazırda 100 yaşdan yuxarı 14 nəfər yaşayır. Onu da qeyd edək ki, rayonda planetimizin ən uzunömürlü insanı hesab edilən Şirəli Müslümov 168, Mahmud Eyvazov 150, Məcid Ağayev 145, Qızıl Quliyeva 134 il yaşayıblar.

Lerikdə olarkən Günəşli kəndinin sakini 138 yaşlı Kişi Bəndiyevlə həmsöhbət olduq. Bir müddət kolxozda fəhlə, daha sonra poçtalyon, məşəçi vəzifələrində çalışdığını bildirən kişi bizimlə söhbətində təbiəti özü üçün ən böyük loğman hesab etdiyini dilə gətirdi: “İndiyə kimi özümü yalnız şəfalı otlarla müalicə edir, iynə-dərmanın nə olduğunu bilmirəm.” Kişi baba Bendiyev uzunömürlülüyünün sirrini həm də qəbul etdiyi qidalarla əlaqələndirdi: “Mənim yemeyim əsasən süd və süd məhsullarıdır. Balıq da çox yeyirəm. Ət isə həftədə yalnız bir dəfə qəbul edirəm. İndiyədək dilimə spirtli içki dəyməyib. Papiros da çəkməmişəm”.
Qeyd edək ki, Kişi Bəndiyev dörd oğul, altı qız atasıdır. Ümumilikdə 115 nəvə, nəticə, kötükcə sahibidir. Məlumat üçün bildirək ki, onun ən böyük övladının 80-dən yuxarı yaşı var.

Məşhurlar Lerik haqqında

Müdriklərimizin, alimlərimizin bu yerin gözəlliyini tərənnüm edən fikirləri də maraqlıdır...

Xalq yazıçısı Süleyman Rəhimov Lerik haqqında deyib: “Dünyanın çox yerini gəzmişəm .Ancaq Lerik və Astara təbiətinin təzadlarına heyran qalmışam. Lerik qədər səfalı, mənzərəli, füsünkar yer azdır. Təbiət hər yerdə ordakı kimi səxavətli, bərəkətli, məhəbbətli deyil ... Sizin yerlərin ecazkar təbiəti əbədi ilham mənbəyi, tanrı əli ilə çəkilmiş misilsiz tablolardır. Haçansa ordakı insanlar min il yaşayıb yəqin”.

Akademik, Əməkdar elm xadimi Həsən Əliyev isə Leriki yaz vaxtı ətriyyat mağazalarına bənzədib. “Talış dağlarının füsünkar guşələrindəki mineral bulaqları xalqımızın sağlamlıq ocaqlarına çevirmək lazımdır....” “Talış meşələrinin relikt flora və faunasını saxlamaq üçün həmin meşə başdan-başa Karpat meşələri kimi milli park və ya təbiət parkına çevrilməlidir. Oradakı mineral və digər içməli suların çoxluğu bu məqsəd üçün gözəl mənbədir...”

Akademik Mirəli Qaşqay vurğulayıb ki, “Talış dağlarının zəngin-təzadlı təbiəti möcüzələr diyarnı xatırladır.Bu dağların sirri hələ tam açılmayıb.Gələcək alimlər üçün bura böyük təcrübə məktəbi ola bilər.Bu qiymətli sərvətlərə,bənzərsiz gözəlliklərə laqeyd qalmaq günahdır...”

Akademik rayonda uzunömürlülərin uzun muddət yaşamasına da münasibət bildirib. “Nə üçün Lerik uzunömürlülər diyarı sayılır? Bu, onların qoçaqlığıdırmı? Əsla! Çünki sağlam təbiətdə yaşayırlar.Havası loğman, suları məlhəm, bitkiləri can dərmanıdır bu rayonun. Torpağı səxavətlidir- min bir nemət yetirir. Balı, qaymağı,.... bütün təbii qidaları, təbii gözəllikləri sağlamlığın rəhnidir.Burada təbiət, Günəş şüaları ilə,suyu,havası, növbənöv bitkiləriylə, zümrüd meşələriylə insanlardan xəbərsiz onları müalicə edir... Əlbəttə, dağ havası udan dağa bənzər.Sağlam təbiət sağlam həyat deməkdir. Sağlamlıq isə xoşbəxtlikdir....

Şəxsiyyətləri

Ucqar dağ rayonu olan Lerik Azərbaycana bir çox görkəmli şəxslər bəxş edib. Bu gün respublikanın ayrı-ayrı ali məktəblərində, MDB ölkələrinin ali məktəblərində tanınmış elm adamları, hüquq mühafizə orqanları işçiləri fəaliyyət göstərir.
1. Asəf İsgəndərov - riyaziyyat elmləri doktoru (BDU).
2. Xeyrulla Məmmədov - filologiya elmləri doktoru (APU).
3. Firudin Əsədov - tarix elmləri doktoru (APU).
4. Bəhlul Əhmədov - texnika elmləri doktoru (ADNA).
5. Aydın Qafarov - texnika elmləri doktoru (ATU).
6. Əlihüseyn Hidayətov - tibb elmləri doktoru (ATU).
7. Şamil İskəndərov- El ağsaqqalı,yüksək elmə malik ziyalı.
8. Yusif Hidayətov - tibb elmləri namizədi (ATU).
9. Mirağa Cəfərquliyev - hüquq elmləri doktoru (Respublika prokurorluğu).
10. Miri Qənbərov - Azərkontrakt SC-nin prezidenti.
11. Novruz Novruzov - Şabran Rayon İcra hakimiyyətinin başçısı.
12. Fazil Ağayev - tibb elmləri dokoru, AMEA-nın müxbir üzvü.
13. Həmzə Şıxəliyev - "Qırmızı ulduz", "Lenin" ordenli müharibə iştirakçısı.
14. Böyükağa Mirsalayev - ictimai xadim.
15. Xanoğlan Bayramov - neftçi, Sosialist Əməyi Qəhrəmanı.
16. Mirzə Məmmədov - 1954-1959-cu illərdə maarif naziri olub.
17. Məmmədhüseyn Əliyev - yazıçı.
18. Eldar Mikayılov - filosof, fəlsəfə elmləri doktoru.
19. Mirzə Rüstəmov - filosof.
20. Balağa Bağırov - cərrah, tibb elmləri doktoru.
21. Əyyub İskəndərov - kənd təsərrüfatı elmləri doktoru.
22. Bəşir Bəşirov - tanınmış pedaqoq, professor.
23. Sultanağa Ağayev - iqtisad elmləri doktoru (ABTU).
24. Əlisa Nicat - yazıçı, filosof.
25. Yəhya Feyziyev - fizika elmləri namizədi, dosent.
26. Xanlar Seyfullayev - texnika elmləri doktoru (İMU).
27. Mirhəsən Əkbərov - fizika-riyaziyyat elmləri doktoru.
28. Əvəz Sadıqov - filologiya elmləri doktoru, görkəmli dilşünas alim.
29. Babəli İbişov - texnika elmləri namizədi, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini.
30. Ağacəfər Həsənli - şair.
31. Eldar İsgəndərzadə - şair-dramaturq,ssenarist.(AzTv)
32. İslam Qəribov - filologiya elmləri namizədi, şair.
33. Tofiq Abdullayev - tibb elmləri namizədi, cərrah-travmatoloq.
34. Xudaverdi Qənbərov - biologiya elmləri doktoru (BDU).
35. Valeh Müslümov - Azərbaycanın Milli Qəhrəmanı.
36. Rövşən Abdullayev - Azərbaycanın Milli Qəhrəmanı.
37. Fərhad Ağayev - Azərbaycanın Milli Qəhrəmanı.
38. Əjdər Əliyev - Azərbaycanın Milli Qəhrəmanı.
39. Fəxrəddin Şahbazov - Azərbaycanın Milli Qəhrəmanı.
40. Asif Məmmədov- Balakən rayon İcra Hakimiyyətinin başçısı
41. İqbal Məmmədov – Azərbaycan Respublikası Milli Məclisin deputatı










Cənnətin içində cənnət: Relax












Bildirək ki, Lerik üçün ənənəvi olmayan turizm sahəsi son illər inkişaf etməkdədir. Artıq Lənkəran-Lerik 56 km-lik avtomobil yolu boyu bir sıra turizm, istirahət əyləncə mərkəzləri inşa edilmiş və bu iş uğurla davam etdirilir. “Relax”, “Təbəssüm”, “Meşəbəyi”, “Ağgöl”, “Paradiz” və digər turizm obyektlərində hər cür şəraiti olan kotec, istirahət evləri, əyləncə mərkəzləri, restoran və barlar, idman qurğuları qonaqların xidmətindədir. Turizm obyektlərində, 600 nəfərdən çox, o cümlədən “Relax” turizm istirahət əyləncə mərkəzində eyni vaxtda 400 nəfərdən çox qonağın qəbulu üçün şərait yaradılmışdır.

Bundan başqa rayonuun Zuvand, Bürsülüm, Livədirqə, Orand, Nücü və digər ərazilərində turizmin inkişafı üçün hər cür şərait vardır.

Qeyd edək ki, “Relax” bu rayondakı, ümumiyyətlə Cənub bölgəsindəki istirahət mərkəzlərinin gözü sayılır. Füsunkar təbiətin qoynunda yerləşən və bütün müasir standartlara cavab verən “Relax”ı səbəbsiz yerə “Cənnətin içində cənnət” adlandırmırlar. Ən müasir imkanlarla hazırlanmış və turistlərin istifadəsinə verilmiş “Ralax”da ən yüksək xidmətlə də istifadəçilərini təəcübləndirir. Çünki təkcə dünya deyil, həmçinin Cənub bölgəsinin inanılmaz mətbəxinin nümunələri turistləri heyrətə gətirir.

Biz “Relax”da istirahət etmənin səbəblərini sizlərə çatdırırıq:
Əvvəla Relax istirahət və əyləncə mərkəzi Lənkaran Lerik yolunun 33-cü kilometrində yerləşir. Bakidan məsafəsi 300 km-dir. Bakı-Astara yolu ilə cənub istiqamətində 4 saatlıq maşın yolu göz oxşayan mənzərələrlə zövqü oxşayır.

Təbii ki, Сənub qonqpərvərliyi haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdu. Bu barədə hər kəs bilir. Bu yerlərdə bir yolçunun, turistin uzünə hər bir qapı, hər bir süfrə açıqdı. Sadəcə yol kənarında maşından düşmək yetərlidi ki, kimisi sənə su, kimisi bir stəkan çay, kimisi də Allah qonağına süfrəsindən bir tikə çörək kəsməyi təklif etməsin. İnsan özünü olduqca güvənli və sərbəst hiss edir. Bu qonaqpərvərlik Relaxda da öz təcəssümünü tapıb. Burada hər şey qonaqların rahatlığı və məmuniyyətinə hesablanıb. Burada personalın münasibətində "qonaq" anlamının biznes maraqlarının üstündə olduğunu görmək elə də qeyri-adi sayılmır. Çünki hər şey buna hesablanıb.

Ləziz yeməklər saysız hesbsızdı burada. Bölgə mətbəxinin bütün nümunələri təqdim olunur qonaqlara. Ən çox da müxtəlif ləvəngilər. Əyləncə mərkəzinin restoranlarında yerli aşpazalar cənub mətbəxiylə yanaşı digər milli yeməklər o cümlədən də, avropa mətbəxi nümunələrini sizlərə tam urəyinizcə hazırlayırlar. Yeməklərin süfrəyə verilməsi və təqdimatı da yüksək səviyyəlidir. Ümumiyyətlə Relaxda restoran personalının xidmətində xüsusi məktəb hər detalda hiss olunur.

Digər bir səbəb də Tibbi təhlükəsizlikdir. Relax istirahət və əyləncə mərkəzində həkim məntəqəsi və Aptek mövcuddur. Qonaqların səhhətlərində baş verə biləcək xoşgəlməzlik və narahatlıq hallarında ani həkim yardımı təmin olunub. Bundan əlavə Lənkəran və Lerik rayon xəstəxanalına çatdırlma və ya təcili yardım çağırma üçün də butün normal infrastrukdur fəaliyyət göstərir.

Bildirək ki, bölgədə fəaliyyət göstərən 10-dan çox bank flialları 24 saat ərzində qonaqların yarana biləcək nəğd pul çatışmamazlığı kimi problemlərini tam olaraq aradan qaldırır. Bu da çox önəmlidi : Pul hər şeyi həll etməsə də, çox şeyi həll edir, güvən verir.

Burada təbiəti ilkin doğallığı ilə görmək mümkündür. Çoxillik ağacların mamır basmış gövdələri, qırmızı kitaba düşmüş nadir bitkilər və məhşur dəmir ağacı, palıd meşələri ruhunuza sakitlik gətirəcək. Burada insan özünü sözün həqiqi mənasında təbiətlə ahəngdə, ünsiyyətdə hiss edir. Zəngin bitki və heyvanat aləmi var bu meşələrin. Relaxsı kəmər kimi saran dağ çayları darılmış əsəblərin məlhəmidi. Sinə dolu nəfəs almaq, bir an belə çəkinmədən su içmək olar buz bulaqlardan.

Ölkənin digər bölgələrində fəaliyyət göstərən istirahət və əyləncə mərkəzləri ilə müqayisədə baxdıqda Relax xidmət çeşidləri və standarlarına görə əlbttə ki, xeyli cəlbedici görünür. Əminliklə demək olar ki, Relaxda istirahətinizə xərclədiyiniz pullara görə heç də heyfslənməyəcəksiniz. Qiymət siyasətinə gəldikdə, burada qiymətlər müxtəlif standartlı otaq tiplərinə görə mövsümə uyğun dəyişir.

Burada "Relax"dan bəhs etməyəcəyik. Harada olursa olsun, sağlamlığınızı ilk sıralarda düşünün. Dünyanın ən dəyərli neməti olan can sağlığı olmadan hər şey mənsaını itirir. Bunun üçünsə özünüzə dəyər verməli, dincəlməyə vaxt ayırmağı bacarmalısınız. Özünüzü düşünün, sağlam olun, sinə dolu yaşayın.
Relax olaraq əasas məqsədimiz İNSANA VƏ SAĞLAMLIĞINA DƏYƏR VERMƏKDİR!

“Relax” imkanlarını bununla məhdudlaşdırmaq niyyətində deyil. Elə buna görə də, 2011-ci ilin iyun ayında yeni tutumu 500 nəfərlik akva park və 200 nəfərlik standart otel və vip otaqları ist ifadəyə veriləcək.

Relax haqqında daha çox bilgi almaq istəyənlər isə www.relax.com.az saytına daxil ola bilərlər. Eyni zamanda, Relax haqqında canlı səhnələri görmək istəyənlər aşağıdakı linklərdən də yararlana bilərlər:

1) Video-1

2) Video-2

3) Video-3

4) Video-4

5) Video-5

6) Video-6

İqbal Məmmədov: “Prezidentimiz İlham Əliyev cənablarının Lerikə 3 dəfə səfər etməsi rayonumuza göstərilən yüksək diqqətin təzahürüdür”



Rayonda olduğumuz zaman Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Aqrar Siyasət Komissiyasının üzvü, millət vəkili İqbal Məmmədovla rastlaşdıq. Elinə-obasına bağlı olan İqbal müəllim həmişəki kimi bu dəfə də Novruz Bayramını doğulduğu rayonda, öz yaxınları və seçiciləri ilə birlikdə keçirməyi qərara alıbmış.

Bolgexeber.com-un əməkdaşları ilə çay süfrəsində söhbət edən millət vəkili İqbal Məmmədov Lerik haqqında öz dəyərli fikirlərini bizə bildirdi: “Lerik rayonu Azərbaycanın ən dilbər guşələrindən biri sayılan Talış dağlarının zirvəsində yerləşir. Allah Azərbaycandan, xüsusilə də Lerik bölgəsindən, bu bölgənin təbiətindən öz nadir nemətlərini, gözəlliklərini, saf suyunu, bənzərsiz zümrüd meşələrini əsirgəməmişdir. Bu torpaqlar daim əcnəbi qonaqların diqqətində olmuş və buraları ilk dəfə seyr etmiş insanlar cox cəsarətlə bu təbiəti dünyanın müxtəlif ən gözəl və səfalı yerləri ilə müqayisə etmişlər. Bütün bu əsrarəngiz təbiətin bariz nəticəsidir ki Lerik, uzunömürlülər diyarı sayılmaqdadır”.

İqbal müəllim daha sonra deyib: “Dünyanın hazırki ziddiyyətli mərhələsində ölkəmizin günü-gündən çiçəklənməsi, inkişaf etməsi ən ucqar bölgələrdən olan Lerikin timsalında da özünü biruzə verməkdədir. Qısa zaman kəsiyində möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının Lerikə 3 dəfə səfər etməsi rayonumuza göstərilən yüksək diqqətin təzahürüdür. Son zamanlarda rayonumuzda görülmüş işləri saymaqla qurtarmaq mümkün deyildir. Bunlardan Lənkəran-Lerik magistral yolunun, Masallı-Lerik qaz xəttinin çəkilməsi, 30-a yaxın məktəbin yenidən tikilməsi və ya təmir olunması, Lerik Rayon Mərkəzi Xəstəxananın əsaslı təmirini və s. göstərmək mümkündür”.

Onun sözlərinə görə, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən 2011-ci ilin “Turizm ili” elan olunması ilə əlaqədar Lerik rayonunda da əsaslı işlər görülməkdədir. “Rayonda fəaliyyət göstərən istirahət mərkəzləri daha da təkmilləşdirilir. Bunlardan “Relax” İstirahət və Əyləncə Mərkəzini nümumə olaraq göstərmək mümkündür. Bölgəyə turist axınının cəlb edilməsi ilə əlaqədar burada mühüm işlər görülür və Azərbaycanda analoqu olmayan “Aquapark” kompleksi tikilməkdədir”.

Millət vəkili sonda bildirib ki, o Lerik rayonunun inkişafı üçün bundan sonar da əlindən gələni edəcək. “Mən, Lerik rayonundan seçilmiş bir Millət vəkili kimi rayonumuzun inkişafı, gözəlləşməsi, yeni iş yerlərinin açılması və ölkəmizin ən qabaqcıl rayonlarından biri olması üçün daim dəstək vermiş, bu bölgədə yaşayan vətəndaşların qayğısına qalmış və hər zaman da əlimdən gələni əsirgəməyəcəyəm”.

Vasif Turan,Bakı-Lerik-Bakı

Bölmə: Bölgə | 23 mart 2011 19:35 | Baxış sayı: 10150





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: