XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

PSJ "Mançester Yunayted"i, "Roma" "Portu"nu uddu (VİDEO)

PSJ "Mançester Yunayted"i, "Roma" "Portu"nu uddu (VİDEO)Çempionlar Liqasında 1/8 final mərhələsi start götürüb.

Qaynarinfo xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Romada İtaliya paytaxtının eyniadlı təmsilçisi "Portu”nu sınağa çəkib. A Seriyasında Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan meydan sahibləri Portuqaliya çempionatının lideri ilə görüşdə minimal hesablı qələbə qazanıb - 2:1.

Günün digər oyunu Mançesterdə keçirilib. İngiltərə çempionatında yüksələn qrafik çıxan "Mançester Yunayted" Fransa PSJ-sini qəbul edib. Cüzi də olsa enişdə olan qonaqlar avrokubokda nəinki bunu hiss etdirməyib, əksinə 1/4 finala vəsiqənin taleyini böyük ölçüdə həll edib - 2:0.

Qeyd edək ki, iki oyun bu gecə, dörd qarşılaşma gələn həftə baş tutacaq.

Çempionlar Liqası
1/8 final
ilk oyunlar

12 fevral
Roma (İtaliya) - Portu (Portuqaliya) 2:1
Qollar: Nikolo Zaniolo, 70; 76 - Adrian, 79.
Roma: Antonio Mirante, Brian Kristante, Lorenzo Pelleqrini (Steven N'Zonzi, 83), Edin Dzeko, Aleksandar Kolarov, Daniele De Rossi (k), Federiko Fazio, Nikolo Zaniolo (David Santon, 87), Alessandro Florentsi, Kostas Manolas, Stepan Əl Şaravi (Castin Kluyvert, 80).
Portu: İker Kasilyas, Eder Militao, Yasin Brahimi (Adrian, 68), Aleks Telles, Ektor Herrera (k), Danilo, Otavio (Ernani, 84), Felipe, Françisko Soares, Pepe, Fernando (Adrian Pereyra76).
Baş hakim: Danni Makkelli (Hollandiya).
Roma. Olimpiya stadionu.


Mançester Yunayted (İngiltərə) - PSJ (Fransa) 0:2
Qollar: Presnel Kimpembe, 53. Kilian Mbappe, 60.
Qırmızı vərəqə: Paul Poqba, 90
Mançester Yunayted: David de Gea, Viktor Lindelof, Erik Bailli, Paul Poqba, Markus Raşford (Romelu Lukaku, 84), Antoni Martial (Xuan Mata, 46), Yesse Linqard (Aleksis Sançes, 45+4), Eşli Yanq (k), Ander Herrera, Luke Şav, Nemanya Matiç.
PSJ: Canluici Buffon, Tyaqo Silva (k), Presnel Kimpembe, Tilo Kehrer, Markuinyos, Marko Verratti (Leandro Paredes, 75), Kilian Mbappe, Angel Di Maria (Kolin Daqba, 81), Dani Alveş, Xuan Bernat, Julian Draksler.
Baş hakim: Daniele Orsato (İtaliya).
Mançester. "Old Traffors” stadionu.


Bölmə: İdman | 13 fevral 2019 10:18 | Baxış sayı: 94





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: