BolgeXeber.Com » Dünya » Ulduz falı: Hər mənada uğurlu gündür

Ulduz falı: Hər mənada uğurlu gündür

13-02-2019, 10:32
Oxunub: 2 714 Ulduz falı: Hər mənada uğurlu gündürGünün birinci yarısında həmkarlarınızla müəyyən mübahisələriniz gözlənilir

QOÇ - Təxminən saat 12-yə qədər əsas vaxtınızı istirahətə həsr edin. Çünki həmin ərəfədə uğurlardan uzaq olacaqsınız. Sonrakı saatlarda isə qarşılıqlı münasibətlərdə irəliləyişlər gözlənilir.

BUĞA - Ümumən gərgin gün olsa da, baş çəkəcəyiniz ünvanlardan asılı olaraq sabitliyinizi təmin edə bilərsiniz. Başqalarının şəxsi işinə müdaxilə etməyin. Dilinizdən dualarınızı əsirgəməyin.

ƏKİZLƏR - Günün birinci yarısında həmkarlarınızla müəyyən mübahisələriniz gözlənilir. Əgər haqlı olduğunuza əminsinizsə, mübarizədən yayınmayın. Dost məsləhətinə böyük ehtiyacınız var.

XƏRÇƏNG - Hər mənada uğurlu gündür. Qarşınıza qoyduğunuz planların əksəriyyətini reallaşdıra biləcəksiniz. Odur ki, bəxtinizdən şikayətlənməyi bir kənara atın. Dostlara arxa çevirməyin.

ŞİR - Əgər özünüz özünüzə inanmırsınızsa, bunu başqalarından gözləməyə dəyməz. Bir az nikbin olun. Kosmik bioritm bir qədər əleyhinizə işlədiyi üçün görəcəyiniz işləri dönə-dönə götür-qoy edin.

QIZ - Böyük dönüş astanasındasınız. Belə məqamlarda adətən ətrafa sədaqətli dostlar toplamaq müsbət nəticə verir. Siz də bu təcrübədən yararlanıb qarşıdakı həftə üçün buna hazır olmalısınız.

TƏRƏZİ - Nə qədər mane olmaq istəsələr də, özünüzü təmkinli aparmaqla rəqiblərinizi zərərsizləşdirməlisiniz. Axşama yaxın sevdiyiniz adamla gəzintiyə çıxmağa çalışın. Bu gün borc almayın.

ƏQRƏB - Fəaliyyətlə bağlı müvəffəqiyyətə yetişəcəyinizi təsvir edən Göy qübbəsi əzmkarlığınızı artırmağı tələb edir. Bu gün qarşınıza çıxan şəxslərin əksəriyyəti mövqeyinizi dəstəkləyəcək, aktiv olun.

OXATAN - Risk və mübahisələrdən yayınsanız, ixtiyarınızda olan bu təqvimdən xeyli razı qalacaqsınız. Ulduzların düzümü maraqlı adamlarla görüşəcəyinizi, həmçinin qonaqlıqlarda iştirakınızı proqnozlaşdırır.

OĞLAQ - Səhhətlə bağlı bəzi problemlərlə rastlaşsanız da, bunun ciddi fəsadları olmayacaq. Bununla yanaşı, özünüzü nəqliyyatdan da qorumalısınız. Saat 15-18 arası sevindirici hadisələr olacaq.

SUTÖKƏN - Kifayət qədər düşərli gündür. Hansısa xoşagəlməzliyin baş verəcəyinə inanmayın. Əksinə, hər nə olsa, ondan sizə yalnız xeyir gələcək. Perspektivli sövdələşmələriniz də gözlənilir.

BALIQLAR - Ulduzların düzümü daha çox səyyar fəaliyyətdə uğurlara yaxın olacağınızı bildirir. Oturaq işlərə az aludə olun. Elə addım atın ki, sizi dolaşdıranların əli boşda qalsın. Səhhətinizi də qoruyun.