BolgeXeber.Com » Xəbərlər » BDU-nun tələbəsi öldürüldü - FOTO

BDU-nun tələbəsi öldürüldü - FOTO

13-02-2019, 11:25
Oxunub: 2 269 BDU-nun tələbəsi öldürüldü - FOTOFevralın 12-də, saat 20:00 radələrində Şirvan şəhəri ərazisində şəhər sakini Rəşad Fətullayevi bıçaqlayan şəxs tutulub.

DİN mətbuat xidmətindən verilən məlumata görə, Rəşad Fətullayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda vəfat edib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, şəhər ərazisində kirayədə yaşayan Sabirabad rayon sakini A.Adıgözəlov saxlanılıb.
BDU-nun tələbəsi öldürüldü - FOTO

Qeyd edək ki, R.Fətullayev Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin birinci kurs tələbəsi olub.

***

Şirvan rayonunda qətl hadisəsi törədilib.

“Report”un verdiyi məlumata görə, hadisə Heydər Əliyev prospektində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Fətullayev Rəşad Rauf oğlu atasının çalışdığı mağazanın qarşısında 2001-ci il təvəllüdlü Adıgözəlov Amil Mahir oğlu tərəfindən bıçaqlanıb. R.Fətullayev aldığı xəsarətdən hadisə yerində ölüb. Qətli törədən şəxs ərazidən qaçıb.

Qeyd edək ki, R.Fətullayev BDU-nun tələbəsi idi.

Faktla bağlı araşdırma aparılır.