BolgeXeber.Com » Dünya » Putin məşqdə barmağını zədələdi – VİDEO

Putin məşqdə barmağını zədələdi – VİDEO

15-02-2019, 14:47
Oxunub: 3 419 Putin məşqdə barmağını zədələdi – VİDEORusiya prezidenti Vladimir Putin məşq zamanı barmağını zədələyib.

RİA “Novosti”nin məlumatına görə, bu, Soçidə cüdo millisi üzvlərinin məşqi zamanı baş verib.
Bildirilir ki, tatamiyə çıxan Putin əksər idmançılarla məşq edib.

Lakin çempion Beslan Mudarovla sparrinq zamanı Rusiya prezidenti barmağını zədələyib.

Rusiya prezidenti Vladimir Putin fevralın 14-də Rusiyanın cüdo yığması ilə birgə tatamiyə çıxmağı planlaşdırır.

“Lenta.ru”nun məlumatına görə, bu barədə rusiyalı dövlət başçısının mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“O, (Putin – red.) uzun müddətdir ki, onlarla məşq etmir”, – deyə D.Peskov bildirib.

Qeyd edək ki, V.Putin 11 ildir ki, əlbəyaxa döyüş növləri, o cümlədən, cüdo və sambo ilə məşğul olur. İdman ustası dərəcələri var. 2006-cı ildə Avropa Cüdo İttifaqının fəxri prezidenti olub. 2010-cu ildə isə Yönin Cənubi Koreya Universitetində “cüdo sahəsinin doktoru” diplomunu alıb. Bundan başqa, karate üzrə qara kəmərə sahibdir.

Rusiyalı lider asudə vaxtlarında hokkey və xizəkçiliklə məşğul olur.