BolgeXeber.Com » Dünya » Bu ölkə sərhədi “icazəsiz keçən” quşu geri göndərdi: “Giriş qanunsuzdur!

Bu ölkə sərhədi “icazəsiz keçən” quşu geri göndərdi: “Giriş qanunsuzdur!

15-02-2019, 17:41
Oxunub: 4 946 Bu ölkə sərhədi “icazəsiz keçən” quşu geri göndərdi: “Giriş qanunsuzdur!İraqın Ərbil beynəlxalq hava limanından Avstriyaya uçan təyyarəyə üç gün öncə daxil olan və sərnişinlərlə birlikdə Vyanaya qədər gəlib çıxan bir bülbüllə bağlı Avstriya hökumətinin verdiyi qərar bütün dünyada gülüşə səbəb olub.

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, Avstriyanın əlaqədar dövlət qurumları bülbülün geriyə qaytarılması ilə bağlı qərar qəbul edib. Belə bir qərarın alınmasına səbəb isə bülbülün Avstriyaya “icazəsiz daxil olması” olub. Avstriyalı rəsmilər hesab edib ki, girişi qanunsuz olduğu üçün bülbülün bu ölkədə qalması yolverilməzdir.

İraqın Ərbil hava limanına rəsmi məktub göndərən Avstriya bülbülün geri qaytarılacağı ilə bağlı qarşı tərəfi məlumatlandırıb. Ərbil hava limanının rəhbərliyi isə qəfəsdə geri qaytarılacaq bülbülün azad ediləcəyini bildirib.