BolgeXeber.Com » Xəbərlər » Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Gürcüstanda tutulub

Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Gürcüstanda tutulub

16-02-2019, 09:32
Oxunub: 1 758 Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi şəxs Gürcüstanda tutulubAzərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs tutulub.

“Report” xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq), 206-cı (Qaçaqmalçılıq) və 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan 35 yaşlı Ramiz Rüstəmov Gürcüstanda saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası üçün iş aparılır.