BolgeXeber.Com » İdman » Döyüşdən sonra dava Həbibə 250 min dollara başa gəldi

Döyüşdən sonra dava Həbibə 250 min dollara başa gəldi

16-02-2019, 10:48
Oxunub: 3 592 Döyüşdən sonra dava Həbibə 250 min dollara başa gəldiUFC çempionu Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla döyüşdən sonrakı davaya görə cərimə ödəyib.

TASS-ın məlumatına görə, ödənilən məbləğ ABŞ-ın Nevada ştatının Atletika komissiyasına daxil olub.

Bildirilir ki, Həbib yoldaşlarına görə 50 min dollar cərimə ödəyib. İdmançı vəkilin xidmətlərinə görə 200 min dollar da ödəməli olub.