BolgeXeber.Com » Siyasət » Prezident deputatla bağlı sərəncam imzaladı

Prezident deputatla bağlı sərəncam imzaladı

16-02-2019, 16:01
Oxunub: 2 955 Prezident deputatla bağlı sərəncam imzaladıPrezident İlham Əliyev Siyavuş Novruzovun "Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bolgexeber.com xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Siyavuş Dünyamalı oğlu Novruzov "Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, fevralın 17-də Milli Məclisin İctima birliklər və dini qurumlarla iş komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzovun 50 yaşı tamam olur.