BolgeXeber.Com » Şou-Biznes » Aygün Kazımova jurnalistlə qırğına çıxdı

Aygün Kazımova jurnalistlə qırğına çıxdı

30-03-2011, 18:50
Oxunub: 5 932
“Danışan Aygündür, o videonu sil”

Xalq artisti Aygün Kazımova qızı İlqarənin səs-küyə səbəb olan məlum videosunu Facebook səhifəsində yayan jurnalisti hədələyib. O, gecə yarısı jurnalist Ülviyyə Alovluya zəng edərək videonu səhifəsindən silməsini tapşırıb. Bu barədə Bolgexeber.com-a Ü. Alovlu məlumat verib. Bildirib ki, dünən qafqazinfo.az saytında gedən “İlqarə İbrahimovanın şok videosu yayıldı – Video” başlıqlı yazını və videosunu Facebook səhifəsində paylaşıb. Elə buna görə də xalq artistinin qəzəbinə tuş gəlib: “Gecə saat ikinin yarısı Aygün Kazımova mənə zəng vurdu, dedi ki, “danışan Aygündür, o videonu sil”. Mən də normal şəkildə ona cavab verdim ki, salam Aygün xanım, necəsiniz? O da dayanmadan elə deyirdi ki, “o videonu sil, o videonu sil”. Gördüm səs tonunu qaldırmağa başlayır, söyüşə, hədə-qorxuya keçir. “Sənə dedim ki, sil və səni belə-belə edərəm”, deyə məni təhdid etməyə başladı”.

Bu yerdə susa bilməyən U. Alovlu xalq artistinin cavabını necə lazımdırsa verib: “Təbii ki, bu yerdə susa bilməzdim. Mən də elə onun sayaq cavabını qaytardım və telefonu söndürdüm. Sonra bir neçə dostlarım vasitəsilə səhərə kimi mənə zəng vurduraraq, gah yalvarıb ki, Facebook səhifəsindən o xəbəri silim, gah da təhqirlər ünvanlayıb. Guya bizim evin ünvanını axtarır. Mən də dostlarıma açıq-aşkar dedim və indi də bir daha söyləyirəm. Aygün Kazımova söyüşünə görə məndən üzr istəməsə, məndən heç nə xahiş etməsin. Heç kimdən nə qorxacağım, nə də çəkinəcəyim var. Həm də unutmasın ki, Azərbaycanın Cinayət Məcəlləsinə görə, təhdidə görə cəza tətbiq edilir. Aygünə deyən lazımdır ki, kimsən sən?! Mənim üçün heç kimsən, heç kim!”.

Qeyd edək ki, Ü. Alovlu müğənni Röyanın mətbuat katibi olub