BolgeXeber.Com » İdman » Əməkdar məşqçi Fərid Mayılov: Yetirmələrim ölkə çempionatında ümidlərimi doğrultdu
Əməkdar məşqçi Fərid Mayılov: Yetirmələrim ölkə çempionatında ümidlərimi doğrultdu
18-02-2019, 22:22
Oxunub: 7 066
Yetirmələrim ölkə çempionatında ümidlərimi doğrultdu. Yarışa 4 boksçum qatıldı və hamısı fəxri kürsüdə yer aldı
Bu bizim düzgün yolda olmağımızın göstəricisidir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Əməkdar məşqçi Fərid Mayılov yetirmələrinin boks üzrə gənclər arasında Azərbaycan çempionatında çıxışını dəyərləndirərkən deyib.
Əməkdar məşqçi qeyd edib ki, Eldar Babayev (60 kq) və Səlim Səlimov (69 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Hər iki boksçunun böyük potensialı var. Onların gələcəkdə irimiqyaslı yarışlarda mükafatçılar sırasında yer alacağına inanıram. Avropa çempionu Əli Zamanov (52 kq) da finaladək inamla irəlilədi. Ancaq final görüşündə məğlub oldu. Onun da döyüşündən razı qaldım. Digər yetirməm Elmir Novruzov (64 kq) isə ölkə birinciliyində bürünc medal qazanıb. Bir məşqçi olaraq yetirmələrimin fərqlənməsi məni çox sevindirir.
Qarşıda yetirmələrini daha ciddi sınaqların gözlədiyini diqqətə çatdıran F.Mayılov gələcəkdə onları Olimpiya çempionu kimi görmək istədiyini vurğulayıb.
Qeyd edək ki, boksçular ölkə birinciliyində Daxili İşlər Nazirliyinin “Dinamo” İdman Cəmiyyətini təmsil ediblər.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə