BolgeXeber.Com » Xəbərlər » Ramil Usubov Sumqayıt yol polisinə yeni rəis təyin etdi

Ramil Usubov Sumqayıt yol polisinə yeni rəis təyin etdi

20-02-2019, 09:58
Oxunub: 1 726 Ramil Usubov Sumqayıt yol polisinə yeni rəis təyin etdiSumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə yeni rəis təyin olunub.

Bolgexeber.com unikal.org-a istinadən xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmriylə polis mayoru Şamxal Əliyev Sumqayıt Dövlət Yol Polisinin rəisi təyin olunub.

Qeyd edək ki, Ş.Əliyev bu təyinata qədər Nərimanov Rayon Dövlət Yol Polisi Şöbəsində baş inzibatçı işləyib. Xəbəri Sumqayıt Şəhər Polis İdarəsindən təsdiq ediblər.