Rusiya bu halda nüvə silahından istifadə edəcək - Sivkov
20-02-2019, 11:05
Oxunub: 2 879
Rusiya Hərbi Hava Qüvvələrinin hərbi texnikası təchizatı və sayına görə NATO qüvvələrinə yalnız üçüncü ölkə ərazisindəki lokal konflikt şəraitində uğurlu müqavimət göstərmək iqtidarındadır.
Bu sözlər Rusiya Raket və Artilleriya Elmləri Akademiyasının prezidentinin müavini Konstantin Sivkovun "Hərbi Sənaye Kuryeri" jurnalında dərc olan məqaləsində yer alıb.
"Lokal müharibə şəraitində NATO 2500 təyyarəyə, 1500 vertolyota və 600 pilotsuz uçan aparata qədər qüvvələr qruplaşması yarada bilər. Alyans həmçinin bu konfliktdə 2000 qanadlı raket tətbiq etmək iqtidarındadır. Belə qüvvələr 2-3 həftədən 2 aya qədər hava kampaniyası, eləcə də genişmiqyaslı hava hücum əməliyyatı həyata keçirmək gücünə sahibdir", - deyə o bildirib.
Onun sözlərinə görə, Rusiya hazırda yüngül qırıcılar, uzaq məsafəli təyyarələr və kəşfiyyat aviasiyası, nəqliyyat vertolyotları baxımından çətinlik çəkir. O, qlobal müharibə yaşanacağı halda Rusiyanın NATO-ya alyansın çoxsaylı təyyarələri, vertolyotları ucbatından uzun müddət müqavimət göstərə bilməyəcəyini deyib. Sivkov belə olan halda Rusiyanın yardımına böyük nüvə silahı arsenalının gələcəyini söyləyib.
Hərbi ekspert ordunun dağılması, suverenliyin itirilməsi və ərazi bütövlüyünün pozulması təhdidi yaranacağı halda Rusiyanın nüvə silahından istifadə edəcəyini deyib. Axar.az
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər