BolgeXeber.Com » Xəbərlər » AZAL-ın təyyarəsi Ankaraya məcburi eniş etdi

AZAL-ın təyyarəsi Ankaraya məcburi eniş etdi

20-02-2019, 13:39
Oxunub: 1 513 AZAL-ın təyyarəsi Ankaraya məcburi eniş etdi"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəmə strukturu "Buta Airways” aviaşirkətinin Bakı-İstanbul aviareysini yerinə yetirən təyyarəsi Ankaraya məcburi eniş edib.

AZAL-dan verilən məlumata görə, İstanbulun Sabiha Gökçen Hava Limanında (SAW) güclü duman ilə əlaqədar olaraq "Buta Airways"in J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı Ankaranın Esenboğa Hava Limanına (ESB) məcburi eniş etmək qərarı alıb. Reys Bakı vaxtı ilə saat 11:10-da Ankarada uğurlu eniş edib.

Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Ankaradan İstanbula yola düşəcək.