BolgeXeber.Com » Siyasət » Ərdoğan: Ermənilər ölkələrindəki çətinliklərə görə Türkiyəyə gəliblər

Ərdoğan: Ermənilər ölkələrindəki çətinliklərə görə Türkiyəyə gəliblər

20-02-2019, 18:34
Oxunub: 2 392 Ərdoğan: Ermənilər ölkələrindəki çətinliklərə görə Türkiyəyə gəliblərTürkiyədə 100 min erməni var. Onlardan 40 mini Türkiyə vətəndaşıdır

Digərləri isə vətəndaş deyil, ancaq Türkiyə onları geri qaytarmır.

NTV-nin məlumatına görə, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən VI Budapeşt Prosesi Nazirlər Konfransında deyib.

Onun sözlərinə görə, bu ermənilər ölkələrindəki çətinlik səbəbindən Türkiyəyə gəliblər.

“Bəzi Qərb ölkələri qondarma “erməni soyqırımı” adı altında təbliğat yayırlar. Biz deyirik ki, bu, tarixçilərin işidir. Bu millət tarixi boyu heç vaxt heç bir etnik ünsürə qarşı soyqırımı törətməyib”, - Ərdoğan bildirib.

O əlavə edib ki, 2011-ci ildən Suriyada davam edən daxili müharibə səbəbindən 3,6 milyon suriyalı Türkiyəyə sığınıb.

“Bəziləri çıxıb özlərinin bir nömrə olduğunu bildirirlər. Xeyr, siz bir nömrə deyilsiniz. OECD təşkilatının yaydığı rəqəmlərə görə, dünyanın bir nömrəsi Türkiyədir”, - Türkiyə prezidenti əlavə edib