BolgeXeber.Com » Sosial » Spirtli içki ildə 40 min, 15 ildə 580 min insanın ölümünə səbəb olub – İnanılmaz statistika

Spirtli içki ildə 40 min, 15 ildə 580 min insanın ölümünə səbəb olub – İnanılmaz statistika

21-02-2019, 09:22
Oxunub: 4 395 Spirtli içki ildə 40 min, 15 ildə 580 min insanın ölümünə səbəb olub – İnanılmaz statistikaFransada spirtli içki ildə 40 min insanın ölümünə səbəb olur.

"Sherg.az” "sciencesetavenir.fr”saytına istinadən xəbər verir ki, 2015-ci ildə bu ölkədə 41 min insan spirtli içkinin yaratdığı xəstəliklər nəticəsində dünyalarını dəyişiblər.

Bu barədə Fransanın İctimai Sağlamlıq Mərkəzinin fevralın 19-da açıqladığı hesabatda bildirilir.
Məlum sənəddə qeyd olunur ki, bu nəticə onu göstərir ki, Fransada ümumən dünyasını dəyişənlərin 7 faizini tütündən sonra ikinci boyunqaçırılmaz ölüm mənbəyi olan spirtli içki təşkil edir.

Fransada 2015-ci ildə spirtli içkinin yaratdığı xərçəng xəstəliyindən 16 min adam ölüb. 9 min 9 yüz adam spirtli içkinin yaratdığı ürək-damar xəstəliklərindən dünyasını dəyişib. 6 min 8 yüz adam yenə spirtin yaratdığı mədə xəstəliklərindən ölüb. 5 min 400 nəfər isə spirtli içki qəbul edib avtomobil qəzasına düşüb və hadisə nəticəsində keçiniblər.

2009-cu ildə fransa İctimai Sağlamlıq Mərkəzi spirtli içki səbəbindən 49 min adamın öldüyünü açıqlayıb.

Mərkəzin məlumatına görə, son illər spirti içkiyə mey göstərənlərin sayı1950-ci illərlə müqayisədə azalıb. Amma bu gün Fransada spirtli içki səbəbindən vəfat edənlərin sayı 7 faiz təşkil edir. Son 15 ildə Fransada spirtli içkidən 580 min adam ölüb. Əlbəttə, bu nəticə məlum vəziyyətə qarçı mübarizə tədbirlərinin güclənməsini şərtləndirir. Çünki xərçəng xəstəliyi öz mənbəsini tütn və spirtli içkidən götürür.

Fransa səhiyyə naziri Anye Büzin qeyd edib ki, Fransada ildə 15 min adam spirtli içkinin yaratdığı xərçəng xəstəliyi səbəbindən ölür:

"Spirtli içki ağız - burun boşluğu, nəfəs yolları, qara ciyər, sinə, mədəaltı vəz və onurğada problemlər yaradır ki, bu da sonda xərçəngə gətirib çıxarır”.

Tərcümə etdi; Ayyət Əhməd