BolgeXeber.Com » İdman » "Yuventus" uduzdu, "Mançester Siti" çətin qələbə qazandı

"Yuventus" uduzdu, "Mançester Siti" çətin qələbə qazandı

21-02-2019, 10:55
Oxunub: 3 718 "Yuventus" uduzdu, "Mançester Siti" çətin qələbə qazandı Çempionlar Liqasında 1/8 final mərhələsində ilk oyunlara yekun vurulub.

Qaynarinfo xəbər verir ki, keçirilən iki qarşılaşmadan biri Madrid, digəri isə Helzenkirhendə baş tutub.

Günün ən çox diqqət çəkən oyunu "Atletiko” ilə "Yuventus” arasında olub. İddialı iki komandanın mübarizəsində kimin mərhələ adlayacağında ilk oyunun nəticəsi də həlledici əhəmiyyət daşıyırdı. Kriştiano Ronaldonu heyətinə qatıb iddiasını ortaya qoyan "Yuventus" ilk oyunda gözlənilməz nəticə ilə üzləşib. Belə ki, Turin klubu Madriddə 0:2 hesabı ilə yenilərək, növbəti mərhələ şansını çətinə salıb.

Hesabı 70-ci dəqiqədə Alvaro Morata açsa da, hakim VAR-a baxdıqan sonra qolu ləğv edib. Buna baxmayaraq 8 dəqiqə sonra Jose Maria Ximenesin qoluna sevinib. 83-cü dəqiqədə isə Dieqo Qodin oyunda son nöqtəni qoyub.

Mərhələnin digər oyununda isə "Mançester Siti” "Şalke 04”ə qonaq olub. İngilislər səfərdə oynamasına baxmayaraq, həm bu qarşılaşmanın, həm də ümumilikdə cütün favoriti hesab olunur. Lakin almalar iddialı rəqibə layiqli müqavimət göstərib, hətta "Mançester Siti" çətinliklə qələbə qazanıb.

Hesabı 18-ci dəqiqədə qonaqlardan Serxio Aquero açsa da, meydan sahibləri fasiləyə üstün yollanıb. Nabil Bentaleb 38-45-ci dəqiqələrdə dubl edərək komandasını sevindirib. Üstəlik Nikolas Otamendi 68-ci dəqiqədə qırmızı vərəqə alaraq ingilisləri azlıqda qoyub. Amma "Mançester Siti" 85-ci dəqiqədə Leroy Sanenin, 5 dəqiqə sonra Rahim Sterlinqin qollarına sevinərək əzmkar qələbə qazanıb - 3:2.

Qeyd edək ki, artıq mərhələnin 6 oyunu keçirilib. "Roma" "Portu"nu (2:1), PSJ "Mançester Yunayted"i (2:0), "Real" "Ayaks"ı (2:1), "Tottenhem" Dortmund "Borussiya"sını (3:0) məğlub edib, "Liverpul" - "Bavariya" (0:0) və "Lion" - "Barselona" (0:0) oyunlarında qalib müəyyənləşməyib.

Çempionlar Liqası
1/8 final
İlk oyunlar

20 fevral
Atletiko (İspaniya) - Yuventus (İtaliya) 2:0
Qol: Jose Maria Ximenes, 78. Dieqo Qodin, 83.
Atletiko: Jan Oblak, Dieqo Qodin (k), Filipe Luís, Tomas (Tomas Lemar,61), Koke (Angel Korrea, 83), Antoine Qrizmann, Saul Niquez, Rodri, Dieqo Kosta (Alvaro Morata, 58), Xuanfran, Jose Maria Ximenes.
Yuventus: Voyçex Şensnı, Mattia De Skiqlio, Corco Kyellini (k), Miralem Pyaniç (Emre Can, 72), Kriştiano Ronaldo, Paulo Dibala (Federiko Bernardeşhi, 80), Aleks Sandro, Blayse Matuidi (Joao Kanselo, 84), Mario Mandzukiç, Leonardo Bonuççi, Rodriqo Bentankur.
Baş hakim: F. Zvayer (Almaniya).
Madrid. "Vanda Metropolitano”.



Şalke 04 (Almaniya) - Mançester Siti (İngiltərə) 2:3
Qollar: Nabil Bentaleb, 38; 45 - Serxio Aquero, 18. Leroy Sane, 85. Rahim Sterlinq, 90.
Qırmızı vərəqə: Nikolas Otamendi, 68 (Mançester Siti)
Şalke 04: Ralf Fahrmann (k), Veston Makkenni (Stiven Skribski, 77), Hamza Mendil (Quydo Burqstaller, 65), Matiya Nastasiç, Mark Ut (Amine Harit, 88), Suat Serdar, Nabil Bentaleb, Daniel Kaliqiuri, Bastian Okzipka, Salif Sane, Ceffri Bruma.
Mançester Siti: Ederson, Kile Ualker, Rahim Sterlinq, İlkay Gündoğan, Serxio Aquero (Leroy Sane, 78), Aymerik Laporte, Kevin De Bruyne (Aleksandr Jinçenko, 87), Bernardo Silva, David Silva (k) (Vinsent Kompani, 70), Fernandinyo, Nikolas Otamendi.
Baş hakim: Karlos del Kerro Qrande (İspaniya).
Helzenkirhen. "Veltins Arena”.