XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Deputatdan şad xəbər: “Hökumət problemli kreditlərlə bağlı qərar verəcək"

Deputatdan şad xəbər: “Hökumət problemli kreditlərlə bağlı qərar verəcək""Hesab edirəm ki, problemli kreditlərlə bağlı məsələlər ölkə başçısının diqqət mərkəzindədir. Bizim problemli kreditlərlə əlaqədar ölkə başçısına müraciətimiz də olmuşdu. Hökumət də bu məsələyə baxılması üçün Mərkəzi Banka, Maliyə Bazarlarına Nəzarət Palatasına və ayrı-ayrı qurumlara tapşırıqlar verib və baxırlar. Yəqin ki, hökumət bu məsələ ilə bağlı hər hansı bir qərar verəcək”.

Bu sözləri modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputat problemli kreditlərlə bağlı məsələlərin həllini tapmasının tərəfdarı olduğunu bildirib:

"Çünki problemli kreditlərlə bağlı məhkəmələrdə xeyli işlər var. Bu problemin həlli Azərbaycanın maliyyə bazarına və bankların sağlamlaşdırılmasına müsbət təsir edər. Hesab edirəm ki, ölkə başçısının diqqət mərkəzində olan məsələ olduğu üçün bu məsələ yəqin ki, öz həllini tapacaq”.

Vahid Əhmədovun aldığı məlumata görə, hazırda Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard 600 milyon manatdır:

"Əvvəl isə bu rəqəm 1 milyard 800 milyon manat idi. Deyirlər ki, guya 200 milyon manat azalıb. Amma burada əsas bizi narahat edən imkansızlıqdan krediti ödəməyən və aşağı təbəqənin insanlarıdır. Bu şəxslər barədə məlumat banklarda da var. Yəqin ki, problemli kreditlərlə bağlı məsələlər öz həllini tapacaq”.

Qeyd edək ki, deputat Vahid Əhmədov parlamentin əvvəlki iclaslarında ölkə prezidentinə problemli kreditlərin həllinə dəstək verməsi ilə bağlı müraciət etmişdi.
Bölmə: Müsahibə-Reportaj | 21 fevral 2019 10:57 | Baxış sayı: 89





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: