BolgeXeber.Com » Dünya » Moskvada çeçenlərlə azərbaycanlıların davasından sonra saxlanılan soydaşlarımız - VİDEO

Moskvada çeçenlərlə azərbaycanlıların davasından sonra saxlanılan soydaşlarımız - VİDEO

21-02-2019, 12:46
Oxunub: 4 798 Moskvada çeçenlərlə azərbaycanlıların davasından sonra saxlanılan soydaşlarımız - VİDEORusiyanın paytaxtı Moskvanın cənub-şərqində yerləşən "Neolit" kafesində çeçenlərlə azərbaycanlılr arasında baş verən kütləvi davadan sonra saxlanılanların görüntüləri yayılıb.

Open.az xəbər verir ki, bu barədə "360tv.ru" hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Qeyd edək ki, fevralın 14-də Moskvada azərbaycanlı Yaşar Əliyevə məxsus "Neolit" kafesində soydaşlarımızla çeçen icmasının nümayəndələri arasında kütləvi dava olub. İnsident zamanı 1 nəfər ölüb və xəsarət alanlar olub.

Davada təqribən 70-100 nəfərin iştirak etdiyi bildirilib.

Hadisə ilə əlaqədar olaraq 18 nəfər saxlanılıb. Faktla bağlı istintaq başladılıb. Dava ilə bağlı azərbaycanlı və çeçen ağsaqqallarının görüşü baş tutub.