BolgeXeber.Com » Analitika » Ekspert küçə və yolların işıqlandırılmasına dair maraqlı şərhlə çıxış edib

Ekspert küçə və yolların işıqlandırılmasına dair maraqlı şərhlə çıxış edib

21-02-2019, 12:54
Oxunub: 6 351 Ekspert küçə və yolların işıqlandırılmasına dair maraqlı şərhlə çıxış edib“Küçə və yollarımızda gecə vaxtı süni işıqlandırmanın olmamasının yol hərəkəti üçün çox ciddi təhlükə olduğu barədə çox danışmışıq. Amma hələ ki, bu işlə əsaslı məşğul olunduğu görünmür”.

Minval.info xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, 1980-ci illərdə ucqar dağ kəndlərinin küçələrinə də işıqlandırma dirəkləri qoyulmuşdu və kəndin asfaltsız ara yolları işıqlandırılırdı.

“Rəsmi məlumatlara görə hazırda ölkəmizdə elektrik enerjisi tələbatdan da artıqdır, hətta ixrac olunur. Belə olan halda hətta paytaxtın küçə və yollarının işıqlandırılmaması ciddi narahatlıq doğurur. Xatırladıram ki, qüvvədə olan qanunvericilikdə yaşayış məntəqəsi ərazisində bütün yolların stasionar işıqlandırılması, habelə yaşayış məntəqəsindən kənar yerlərdə də mövcud elektrik paylayıcı şəbəkəsindən istifadə etmək mümkün olduqda böyük körpülər, avtobus dayanacaqları, I və II dərəcəli yolların bir-biri ilə və dəmir yolu ilə kəsişdiyi sahələr, bunlara yanaşmalar ən azı 250 metr məsafədə işıqlandırılmalıdır. Hətta bu tələb bü gün üçün köhnəlmiş sayılmalıdır. Məlumdur ki, yaşayış məntəqələrindən kənar respublika əhəmiyyətli yollarımızın demək olar ki, hamısında gecə vaxtları da intensiv hərəkət olur. Belə şəraitdə ” – deyə o əlavə edib