XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Dünya futbol ulduzları Bakıya toplanır

Dünya futbol ulduzları Bakıya toplanırUEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar futbolsevərlər üçün bir sıra yeniliklər baş verməkdədir

Belə yeniliklərdən biri də martın 3-də saat 12:30-da Bakının mərkəzində “Bakı 2019: Ulduzlar Finalı” adlı möhtəşəm qarşılaşma olacaq. Həmin oyunda yerli və əcnəbi futbolçular çıxış edəcəklər.



Məlumata görə, Eydur Qudyonsen, Maykl Essien, Anderson Luis de Souza (Deku), Yeju Dudek, Revaz Arveladze, yerli futbol veteranlarından Vəli Qasımov, Nazim Süleymanov və digər futbol ulduzlarının iştirakı ilə keçiriləcək oyunda hər komandadan 5 oyunçu meydana çıxacaq, 1 nəfər isə ehtiyat oyunçular skamyasında əyləşəcək. Komandanın heyətinə bir nəfər Region Liqasından, 2 nəfər isə müsabiqə yolu ilə seçiləcək. Bundan əlavə, “Avropa Liqası Final 2019”a həsr olunmuş “İntellektual Kubok”un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov “böyük oyun”da media nümayəndələrini təmsil edəcək.



Paytaxt sakinləri hər kəsə açıq olacaq bu maraqlı qarşılaşmanı yalnız izləməyəcəklər. Eyni zamanda, müsabiqədə iştirak etməklə futbol ulduzları ilə eyni meydanı paylaşmaq şansı qazanacaqlar.



Yarış iştirakçıları üçün müsabiqə iki istiqamətdə keçiriləcək. Birinci şərtə görə, iştirakçılar fevralın 23-24-də Topaz Premyer Liqasının XVIII turunda oyunların baş tutacağı stadionlardan birində (oyun zamanı) selfi çəkdirməli, şəkli şəxsi “Facebook” hesabında “#joinallstar” həştəqi ilə paylaşmalı və paylaşımı hər kəsə açıq etməlidirlər.



İştirak üçün digər seçim isə futbol bacarıqları ilə bağlıdır. Belə ki, iştirakçılar futbol oyunu zamanı hər hansı maraqlı futbol hərəkətlərini və ya qol vurduqları anı videoya çəkməli, eyni qaydada videonu şəxsi “Facebook” hesabından #joinallstar həştəqi ilə paylaşmalı və paylaşımı hər kəsə açıq etməlidirlər. Videoda iştirakçının üzü aydın görünməli və görüntü 10 saniyəni keçməməlidir.



İlk müsabiqənin qalibi təsadüfi seçim əsasında müəyyənləşəcək. İkinci müsabiqənin qalibini isə münsiflər heyəti təyin edəcək. İştirakçılar müsabiqələrdən yalnız birində iştirak edə bilərlər. www.finalbaku2019.az saytında qeydiyyatdan keçməyən iştirakçıların paylaşımı qəbul olunmayacaq. Qeydiyyatdan keçmək üçün https://goo.gl/forms/4Y6NCWnefozlxzpB2 keçidinə daxil olmaq, qeydiyyat formasını doldurmaq və ən əsası, “Facebook” paylaşımının linkini müvafiq xanada qeyd etmək lazımdır.



Müsabiqənin qaydaları ilə bağlı ətraflı məlumatı www.finalbaku2019.az/allstar keçidindən əldə etmək mümkündür.



“Bakı 2019: Ulduzlar Finalı” günü izləyicilər üçün də maraqlı və əyləncəli proqramlar nəzərdə tutulub. Yarışın keçiriləcəyi ərazi saat 12:00-dan paytaxt sakinləri üçün açıq olacaq. Bundan əlavə, www.finalbaku2019.az saytında fəaliyyət göstərən “Hesabı Tap” yarışının fevral ayına olan qalibi də həmin gün mükafatlandırılacaq.
Bölmə: İdman | 22 fevral 2019 10:32 | Baxış sayı: 67





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: