BolgeXeber.Com » Siyasət » Venesuela “lider”i ilk fərmanını imzaladı

Venesuela “lider”i ilk fərmanını imzaladı

22-02-2019, 10:42
Oxunub: 2 757 Venesuela “lider”i ilk fərmanını imzaladıVenesuelanın müxalifət lideri Xuan Quaido ilk “prezident” fərmanını imzalayıb.

Lenta.ru-nun məlumatına görə, Quaido sənədin elektron surətini öz “Twitter” səhifəsində paylaşıb.

Beynəlxalq humanitar yardımın Venesuelaya girişinə icazə verən fərman fevralın 21-də imzalanıb.

“Bolivarian silahlı qüvvələrinin ali baş komandanı olaraq, növbəti dəfə Venesuelaya humanitar yardımın girişinə icazə verdiyimi təsdiq edirəm və bunun yerinə yetirilməsi üçün müvafiq addımların atılmasını əmr edirəm”, - deyə siyasətçi sosial şəbəkədə yazıb.

Quaido “qardaş Braziliya” ilə sərhədin açılmasına və Niderland Krallığı, həmçinin, Aruba, Kürasao və Bonayre adalarının hökumətləri ilə diplomatik münasibətlərin qorunub-saxlanılmasına göstəriş verib.

Xatırladaq ki, yanvarın 21-də Velesuelada bir qrup hərbçi çevrilişə cəhd edib. Bundan sonra qiyamçıların lideri Xuan Quaido Venesuelanın qanuni prezidenti Nikolas Maduroya 72 saat vaxt verib. Venesuela Hərbi Hava Qüvvələri də müxalifət lideri Xuan Quaydonu dəstəkləyib.

Yanvarın 24-də Venesuelanıın müdafiə naziri Vladimir Padrino Lopez ölkədə dövlət çevrilişi olduğunu bəyan edib.