XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Ailələr övladlarını zərərli internet oyunlarından necə qoruya bilərlər?

Ailələr övladlarını zərərli internet oyunlarından necə qoruya bilərlər?Uşağın yetkin bir şəxsiyyət kimi yetişməsində cəmiyyətlə ünsiyyəti vacib məqamlardan biridir

Müasir uşaqlar isə məhəllədə müxtəlif oyunlar oynamaq əvəzinə, kompyuter, planşet və bu kimi elektron alətlərin aludəçisinə çevrilir. Hətta, tətillərdə gəzmək, digər uşaqlarla oyun oynamaq, söhbət etmək əvəzinə öz vaxtlarını telefon, planşet və kompyuterdə oyun oynamaqla, yaxud sosial şəbəkələrdə keçirirlər. İnternet üzərindən oynanılan şiddət, döyüş, ölüm tipli oyunlar uşaqlarda asılılıq yaradır. Onlar oyunlarla real həyatı ayırd edə bilmir, nəticə isə bəzən pis sonluqla bitir. Bəzi hallarda isə bu oyunlara yaş məhdudiyyəti qoyulsa da, nə uşaqlar buna fikir verir, nə də valideynlər nəzarət edir.

Bəs bu tipli oyunların uşaq psixologiyasına nə kimi təsirləri var? Bu kimi hallarda valideynlər nə edə bilərlər?

Mövzu ilə bağlı Azadinform-un suallarına cavab verən psixoloq Aygün Baxşıyeva bildirib ki, bu gün uşaqlarda ən çox rast gəlinən, ən aktual psixoloji problemlərdən biri virtual asılılıq və kompyuter oyunlarının yaratdığı neqativ hallardır: “Bu oyunları demək olar ki, bütün uşaqlar sevir. Təəssüf ki, ən çox sevilən və geniş yayılan oyunlar “döyüş”, “atışma” qrupundan olan oyunlardır. Bu oyunlar “isterik”, “bağırtı” tipli səslərlə müşayiət olunan qanlı savaş və ölüm səhnələrindən ibarətdir. Belə oyunlar uşaq şəxsiyyətinin pozitiv inkişafını məhdudlaşdırır, blok edir. Uşaqlar çox vaxt gecə kabuslarından əziyyət çəkirlər, oyundakı hərəkətləri evdə, küçədə, məktəbdə təkrar etməyə başlayırlar. Bu müəyyən bir obyektə mərkəzləşmənin xüsusi bir səviyyəsidir. Kompyuter oyunlarında diqqət ekranda təkrarlanan, stereotip hərəkətlərə (qaçır, atəş açır) mərkəzləşir. Əgər tez-tez və uzun müddət qurban qismində insanların çıxış etdiyi, qovmaq, tutub öldürmək kimi süjetləri olan oyunlar oynayarsa, uşağın alt şüurunda belə bir informasiya yerləşər və möhkəmlənər ki, “Kimisə öldürmək və bunun üçün cəza almamaq olar”. Zorakılığa belə bir şüursuz münasibət real həyatda bu kimi davranışlara qoyulmuş psixoloji baryeri kəskin aşağı sala bilər”.

Psixoloq qeyd edib ki, baş qəhrəman rolunda silah “əldə” edən uşaq maneəsiz və heç bir cəza almadan öz virtual qurbanlarının işini bitirir: “Çox vaxt belə oyunlarda növbəti mərhələyə keçmək üçün əldə edilən müvəffəqiyyətin keyfiyyət göstəricisi məhz “ölənlərin” və “yaralananların” sayı olur. Nə qədər çox “ölü” varsa, o qədər çox xal yığılır və bunun sayəsində də uşaq özündən bir o qədər də razı qalaraq məmnunluq duyar, “Mən hamıya qarşıyam!”, “Mən nə qədər çox öldürsəm, o qədər yaxşı olar!” kimi fikirlər formalaşdırar. Nəticədə uşaq bu neqativ münasibəti, mənimsədiyi yanlış davranış modellərini, kobud və aqressiv nitqi öz real münasibətlərinə də daşıyır. Və hətta, zorakılığı öz problemlərinin həlli yolu kimi qəbul edər. Bununla yanaşı, kompyuter oyunlarından həddən artıq istifadə uşaqda xroniki stress halı yarada bilir. O, daim gərgin, oyanıq, aqressiv və bədbin olur. Saatlarla monitordan ayrıla bilmirsə, bu virtual asılılıq uşağı real aləmdən uzaqlaşdırır, onun insanlarla ünsiyyətini məhdudlaşdırır və nəticədə normal psixososial inkişaf üçün vacib olan ünsiyyət bacarıqları ləngiyir və ya itirilir”.

Zərərli oyunlardan xilas olmağın yolları haqqında danışan A. Baxşıyeva əlavə edib ki, bəzən valideynlər inkişaf etdirici kompyuter oyunlarının faydalı olduğunu düşünürlər: “Sübut olunub ki, inkişaf etdirici kompyuter oyunları uşaq beyninin yalnız müəyyən hissəsini stimullaşdırır. Buna görə də uşaqlar daha çox oxumalı, yazmalı, riyaziyyatla məşğul olmalıdır. Uşaqlar üçün küçədə oynamaq, başqa uşaqlarla ünsiyyətdə olmaq, idman və incəsənətlə məşğul olmaq daha faydalıdır, nəinki virtual tapşırıqları həll etmək. Lakin təəssüflər olsun ki, kompyuter oyunlarının cazibəsi daha böyük olur. Bunun üçün ilk növbədə uşağın kompyuter, telefon, planşet kimi “maraqlı” cihazlarla keçirtdiyi zamanı məhdudlaşdırmaq lazımdır. Kiçik məktəblilər üçün bu vaxt gün ərzində 30-40 dəqiqə, yeniyetmə və gənclər üçün isə 1 saatdan çox olmamalıdır. Uşağın qidalanmasına kəmiyyət və keyfiyyət baxımından necə nəzarət olunursa, eləcə də onun kompyuterlə keçirdiyi vaxt həm kəmiyyət, həm də keyfiyyət baxımından nəzarətdə saxlanılmalıdır. Bunun üçün uşaqla bolluca səmərəli zaman keçirmək, boş vaxtlarını faydalı məşğuliyyətlərlə tamamlamaq, emosional kontaktı hər zaman aktiv və pozitiv saxlamaq məsləhət görülür”.

Bölmə: Müsahibə-Reportaj | 23 fevral 2019 18:23 | Baxış sayı: 60





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: