XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Bu cizgi filmləri uşaqlarınızı ölümə apara bilər

Bu cizgi filmləri uşaqlarınızı ölümə apara bilərUşaqların ən çox sevdikləri və maraqla izlədikləri proqramlar şübhəsiz ki, cizgi filmləridir

Bəzən onlar TV-də və Yutub şəbəkəsində saatlarla cizgi filmi izləyirlər. Mütəxəssislər bildirirlər ki, ilk baxışdan adi görünən bu vərdiş, əslində, çox ciddi problemlərə yol aça bilər.
Məsələ ilə bağlı Kult.az-a danışan nevroloq Ləman Nur mühüm nüansları açıqlayaraq bildirib ki, uşaqların psixikası 2 yaşında formalaşır və bu yaşa qədər onlar görüntü ilə səsin eyni zamanda dəyişməsini adekvat qəbul edə bilmirlər:
“Cizgi filmini izləmək körpənin bütün diqqətini alır və bu zaman uşaq uzun müddət eyni vəziyyətdə hərəkətsiz oturur. 2 yaşadək uşaqların cizgi filminə baxması, ümumiyyətlə, məsləhət deyil. 2 yaşdan sonra isə cizgi filmləri valideynlər tərəfindən seçilməlidir: kadrların dəyişməsi ləng, süjet sadə və anlaşılan, proqram qısamüddətli olmalıdır. Animasiyanın parlaqlığı və səsinin yüksəkliyi uşağın analiz qabiliyyətlərinə mənfi təsir göstərir. Axşamlar isə cizgi filmi izləmək xüsusən qadağandır, çünki körpədə yuxu pozğunluğu yarada bilər”.
Ləman Nurun sözlərinə görə, uşaqların baxdığı cizgi filminin süjeti aqressiyadan uzaq, xoşniyyətli olmalıdır:
“Çünki demək olar ki, bütün uşaqlar sevdikləri personajları təkrarlamağa çalışır. Sovet cizgi filmlərində hətta mənfi qəhrəmanlar belə sonda tərbiyə olunur və müsbət obraza çevrilirdilər. Çox vaxt isə məlum olurdu ki, onların mənfiliyi heç kəsin onunla dost olmamasından, onunla mərhəmətli davranmamasından, diqqətdən kənarda qaldığından qaynaqlanıb.
Qərb cizgi filmlərində isə dünyanın daha real və qəddar təsviri verilir, daim hakimiyyət uğrunda mübarizə gedir, ətrafda şər qüvvələr çoxdur və yalnız kiçik bir qrup entuziastlar dünyanı xilas edə bilər (Hörümçək adam və Supermen kimi). Bu isə uşaqlarda pessimizm, aqressiya və s. formalaşdırır”.
Nevroloq qeyd edib ki, valideyn övladı üçün cizgi filmi seçərkən bu nüansların olmamasına diqqət yetirməlidir:
1. Əsas qəhrəmanlar öldürür, xəsarət yetirir, oğurluq edir, zərər verir (hətta yumoristik formada təqdim olunsa belə).
2. Qəhrəmanların bu davranışı cəzasız qalır və ya cəmiyyət tərəfindən alqışlanır, yaxud məşhurluq, zənginlik gətirir.
3. Personajlar təhlükəli davranış sərgiləyir. Fikir vermisinizsə, əksər filmlərdə heç bir ağrı hissinin mövcudluğunu görmürük. Ən ölümcül zərbələrdən sonra da qəhrəmanlar heç nə olmamış kimi hərəkətlərinə davam edirlər (“Tom və Cerri”). Uşaqların real həyatda sevimli qəhrəmanlarını təkrarlama cəhdi isə sağlamlıq və həyatı üçün ciddi təhlükədir (məsələn, uçan və ya alovla oynayan qəhrəmanları izləmək).
4. Obrazlar cinsinə uyğun davranmır (məsələn, qadınlar döyüşə getməməlidir və s.).
5. İnsan, heyvan və ya bitkilərə qarşı aşağılayıcı mövqe (məsələn, əlillik, qocalıq, sosial bərabərsizliyin gülüş obyektinə çevrilməsi).
6. Əsas qəhrəmanlar zahirən xoş olmayan təəssürat yaradır. Çünki uşaqlar müsbət qəhrəmanın gözəl, mənfi qəhrəmanın isə çirkin olduğunu düşünür.
7. Yüngül həyat tərzi təbliğ olunur, qəhrəmanlar məqsədinə asan yolla, yaxud yalanla çatır.
8. Müəlliflər ailə dəyərlərini gülüş hədəfinə çevirir (“Simpsonlar” kimi).
Yəni əgər cizgi filmində sadaladığımız nüanslar varsa, övladınızın bunu izləməsi tövsiyə olunmur”.
Ləman Nur vurğulayıb ki, davamlı cizgi filmi izləmək asılılıq yaradır və lazımi tədbirlər görülməzsə, autizm problemlərinə gətirib çıxara bilər. Bu müddət gün ərzində 30 dəqiqədən çox olmamalıdır.
Psixoloq Gülnar Orucova da bildirib ki, uşaqlar bəzən cizgi filmlərindən gördüklərini real həyatda təkrarlamağa çalışırlar:
“Bu gün Azərbaycan efirində uşaqların ən çox izlədiyi cizgi filmi “Maşa və medved” və ya reallıqla əlaqəsi olmayan (Hörümçək adam, Supermen və s.) qəhrəmanlardır. Uşaq təxəyyülü yüksək olduğuna görə bəzən cizgi filmləridə gördüklərini real həyata tətbiq etməyə çalışırlar. Bu da uşaqları bir sıra təhlükələrlə qarşı-qarşıya qoyur. Türkiyə, Rusiya kanallarında yayımlanan cizgi filmləri isə uşaqlarda aqressiya yaradır”.
Bölmə: Analitika | 25 fevral 2019 10:42 | Baxış sayı: 136





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: