BolgeXeber.Com » Mədəniyyət » "Yaşıl kitab" "Oskar" mükafatına layiq görülüb

"Yaşıl kitab" "Oskar" mükafatına layiq görülüb

25-02-2019, 12:15
Oxunub: 4 373 "Yaşıl kitab" "Oskar" mükafatına layiq görülüb"Yaşıl kitab" (Green Book) filmi "Ən yaxşı film" nominasiyasında "Oskar" mükafatına layiq görülüb.

Xezerxeber.az-ın məlumatına görə, Amerika Kinematoqrafiya İncəsənəti və Elmləri Akademiyasının ən məşhur və nüfuzlu mükafatının 91-ci təqdimetmə mərasimi Los-Anceles şəhərində "Dolby" teatrında keçirilir.

Rejissoru Piter Farrelli olan filmdə caz pianoçusu Don Şirlinin, onun sürücüsü və mühafizəçisinin 1962-ci ildə ABŞ-da səyahətinin real tarixi haqqında bəhs edilir. Yolda onlar afroamerikalılar üçün təhlükəsiz yerlərin qeyd olunduğu "Yaşıl kitab" adlı kitabçadan istifadə edir.