BolgeXeber.Com » Bölgə » Tərtərdə Xocalı soyqırımının qurbanları yad edildi - FOTO

Tərtərdə Xocalı soyqırımının qurbanları yad edildi - FOTO

25-02-2019, 16:36
Oxunub: 4 825 Tərtərdə Xocalı soyqırımının qurbanları yad edildi - FOTOTərtərdə XX əsrin ən dəhşətli cinayətlərindən sayılan Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə umumrayon tədbiri keçirilib.

Bolgexeber.com xəbər verir ki, tədbirdə rayon rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, gənclər və ağsaqqallar, eləcə də rayonda məskunlaşan Xocalıdan olan məcburi köçkün və şəhid ailələrinin nümayəndələri iştirak ediblər.

Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə məktəblilərin əl işlərindən ibarət Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisinə baxılıb, sonra Xocalı soyqırımı zamanı qətlə yetirilən həmvətənlərimizin və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Xocalı faciəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində yüzlərlə günahsız dinc əhaliyə, o cümlədən qadın, qoca və uşaqlara qarşı ən qəddar cinayətlər törədiblər. Soyqırımı nəticəsində 613 Xocalı sakini vəhşicəsinə öldürülüb. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insanlardır. O müdhiş gecədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.

Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların məhv edilməsi niyyəti ilə törədildiyini deyən rayon rəhbəri qeyd edib ki, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və bundan sonra Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Milli Məclisi fevralın 26-sını Xocalı Soyqırımı Günü elan edib. Bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir ki, artıq beynəlxalq təşkilatlar, aparıcı dövlətlər münaqişənin kökləri, səbəbləri və nəticələri barədə getdikcə daha geniş məlumatlandırılır. Bu gün Xocalı faciəsi dünyanın ən böyük dövlətlərinin parlamentlərində müzakirəyə çıxarılır, onun təfərrüatları ictimaiyyətə açıqlanır.

Xocalı soyqırımının tanınması istiqamətində Heydər Əliyev Fondunun xidmətləri də ölçüsüzdür. Məhz Heydər Əliyev Fondunun rəhbəri, ölkəmizin birinci xanımı, YUNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrin paytaxtında

Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir. İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan edilən “Xocalıya ədalət” beynəlxalq informasiya və təşviqat kompaniyası həyata keçirilir. Azərbaycan gənclərinin xüsusi fəallığı ilə müşayiət olunan kampaniyalar dünyanın müxtəlif güşələrində Xocalı soyqırımı barədə həqiqətlərin yayılmasında, beynəlxalq ictimaiyyətin diqqətinin erməni təcavüzkarlığının ağır nəticələrinə cəlb edilməsində mühüm rol oynayıb.

Qeyd olunub ki, Xocalı faciəsinin canlı şahidi olmuş 18 ailə hazırda rayonumuzun 7 kəndində müvəqqəti məskunlaşıblar. Hər bir Xocalılya rayon icra hakimiyyəti tərəfindən daim böyük diqqət və qayğı göstərilir. Bu işlər bundan sonra da davam etdiriləcəkdir.

Sonra polis şöbəsinin rəisi Elçin Qasımov, rayon prokuroru Şıxəli Alməmmədov, Gülabatlı kənd tam orta məktəbin direktoru Asif Alıkişiyev, “Xocalı-əsrin faciəsidir” mövzusunda rayon məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin qalibi, Dəmirçilər kənd tam orta məktəbin XI sinif şagirdi Günay İbrahimli çıxış edərək Xocalı faciəsinin dəhşətlərindən danışıb, xalqımızın tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən soydaşlarımıza qarşı törədilən bu soyqırımı zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını diqqətə çatdırıblar.

Tədbirin sonunda “Xocalı-əsrin faciəsidir” mövzusunda rayon məktəbliləri arasında keçirilən inşa yazı müsabiqəsinin qaliblərinə diplom və Fəxri Fərmanlar verilib, rayon Mədəniyyət Mərkəzinin hazırladığı Xocalı soyqırımının dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olunub,

Tədbirdən sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüşərək, onların problemləri ilə maraqlanıb, Xocalıdan olan ailələrə ərzaq yardımı verilib.
Tərtərdə Xocalı soyqırımının qurbanları yad edildi - FOTO
Tərtərdə Xocalı soyqırımının qurbanları yad edildi - FOTO
Tərtərdə Xocalı soyqırımının qurbanları yad edildi - FOTO
Tərtərdə Xocalı soyqırımının qurbanları yad edildi - FOTO
Tərtərdə Xocalı soyqırımının qurbanları yad edildi - FOTO
Tərtərdə Xocalı soyqırımının qurbanları yad edildi - FOTO
Tərtərdə Xocalı soyqırımının qurbanları yad edildi - FOTO
Tərtərdə Xocalı soyqırımının qurbanları yad edildi - FOTO
Tərtərdə Xocalı soyqırımının qurbanları yad edildi - FOTO