BolgeXeber.Com » Xəbərlər » “Sən qalib gələcəksən” başlığı altında tədbir təşkil olunub-FOTO

“Sən qalib gələcəksən” başlığı altında tədbir təşkil olunub-FOTO

25-02-2019, 17:48
Oxunub: 1 808 “Sən qalib gələcəksən” başlığı altında tədbir təşkil olunub-FOTOBərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər rayon Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq “Sən qalib gələcəksən” başlığı altında tədbir təşkil olunub

Tədbirdə öncə Xocalı faciəsi qurbanlarının, vətən uğrunda canından keçmiş qəhrəman oğul və qızların əziz xatirəsi bir dəqiqələik sükutla yad edilib.

Daha sonra Xocalı faciəsindən bəhs edən mühazirə və çıxışlar söylənmişdir. Bildirilib ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-miilətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Xocalılar, hətta, amansız soyqırım günündə də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.

Sonda tədbir Tərtər rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən dram dərnəyinin üzvləri tərəfindən hazırlanmış “Sən qalib gələcəksən” adlı ədəbi-bədii kompozisiya ilə başa çatıb.