BolgeXeber.Com » Bölgə » Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Xocalı-tariximin qanlı səhifəsi” adlı tədbir keçirildi

Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Xocalı-tariximin qanlı səhifəsi” adlı tədbir keçirildi

25-02-2019, 18:16
Oxunub: 4 296 Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Xocalı-tariximin qanlı səhifəsi” adlı tədbir keçirildi25.02.2019-cu il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Xocalı-tariximin qanlı səhifəsi” adlı tədbir keçirildi

Tədbirdə mədəniyyət işçiləri, Uşaq və Ailələlərə Dəstək mərkəzinin əməkdaşları, Gənclər və İdman idarəsinin əməkdaşları, məktəblilər iştirak etdilər. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Aytən Zülfəliyeva açdı, Xocalı faciəsi qurbanlarının ruhu bir dəqiqəlik sükutla anıldı. Sonra Mərkəzin elmi işçisi Xanım Ağayeva, Gənclər və İdman idarəsinin əməkdaşı Bəsti Zərbalıyeva və MKS-nin 2 saylı kitabxana filialının əməkdaşı Aygün Əsgərova geniş məruzə ilə çıxış etdilər. Çıxışlardan sonra Uşaq və Ailələrə Dəstək mərkəzinin uşaqları Xocalıya həsr olunmuş şeirlər səsləndirdilər. Heydər Əliyev Mərkəzinin kurs üzvlərinin Xocalı faciəsinə həsr etdikləri rəsm sərgisinə tamaşa edildikdən sonra, şeir və rəsm müsabiqəsi iştirakçıları Gənclər və İdman idarəsi tərəfindən Diplomla təltif edildilər.
Bolgexeber.com
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Xocalı-tariximin qanlı səhifəsi” adlı tədbir keçirildi
Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Xocalı-tariximin qanlı səhifəsi” adlı tədbir keçirildi