BolgeXeber.Com » İdman » Azərbaycanın ən bahalı futbol klubu müəyyənləşdi (SİYAHI)

Azərbaycanın ən bahalı futbol klubu müəyyənləşdi (SİYAHI)

26-02-2019, 13:16
Oxunub: 3 993 Azərbaycanın ən bahalı futbol klubu müəyyənləşdi (SİYAHI)Topaz Premyer Liqasında çıxış edən klubların ümumi dəyəri müəyyənləşib.

Bolgexeber.com fanat.az-a istinadən xəbər verir ki, "Transfermarkt" qış fasiləsi başa çatdıqdan sonra futbolçuların qiymətləndirməsini yeniləyib. Hazırda Premyer Liqada çıxış edən 8 klub arasında ən bahalı heyətə malik komanda "Qarabağ"dı. Ağdam klubunun ümumi dəyəri 17 milyon 150 min avrodu.

"Qarabağ"la çempionluq mübarizəsi aparan "Neftçi" 2-ci pilləni tutur. 6-cı yerdə qərarlaşan "Zirə" isə ilk "üçlüy"ü qapayır.

8 Premyer Liqa klubunun heyətində yer alan 189 futbolçunun ümumi dəyəri 66 milyon 250 min avrodu. Bu isə hazırkı məzənnə ilə təxminən 127 milyon 922 min manat deməkdi.

1. Qarabağ (25 futbolçu) - 17.150.000 avro (33.114.000 manat)
2. Neftçi (24 futbolçu) - 8.930.000 avro (17.242.000 manat)
3. Zirə (25 futbolçu) - 7.250.000 avro (13.999.000 manat)
4. Qəbələ (21 futbolçu) - 7.200.000 avro (13.902.000 manat)
5. Səbail (24 futbolçu) - 7.030.000 avro (13.574.000 manat)
6. Sabah (23 futbolçu) - 6.750.000 avro (13.033.000 manat)
7. Sumqayıt (27 futbolçu) - 6.430.000 avro (12.415.000 manat)
8. Keşlə (20 futbolçu) - 5.530 min avro (10.677.000 manat)