BolgeXeber.Com » Siyasət » Kim Çen In Donald Trampla görüşmək üçün Hanoy şəhərinə gəlib

Kim Çen In Donald Trampla görüşmək üçün Hanoy şəhərinə gəlib

26-02-2019, 14:16
Oxunub: 2 439 Kim Çen In Donald Trampla görüşmək üçün Hanoy şəhərinə gəlibKXDR lideri Kim Çen In ABŞ prezidenti Donald Trampla görüşmək üçün bu gün Hanoy şəhərinə gəlib.

Xezerxeber.az bu barədə KXDR-ABŞ sammitinin mətbuat mərkəzinə istinadən xəbər verir.

Kim Çen In 10-dan çox avtomobilin müşayiəti ilə şəhərin mərkəzində yerləşən "Melia Hanoi” otelinə gəlib. KXDR lideri otelin prezident nömrəsində yaşayacaq.

Hazırda "Melia Hanoi” otelinə gedən yollarda hərəkət tam dayandırılıb, otelin yaxınlığında Vyetnam təhlükəsizlik xidmətinin bir neçə zirehli avtomobili keşik çəkir. Təhlükəsizlik tədbirləri ilə əlaqədar Hanoyun mərkəzində avtomobillərin hərəkətində ciddi problemlər yaranıb.

Qeyd edək ki, bir qədər əvvəl Kim Çen In zirehli qatarla Çin ərazisindən Vyetnamın Lanqşon əyalətindəki Donqdanq stansiyasına daxil olmuşdu. O, dəmiryol vağzalında təntənəli mərasimlə qarşılanmışdı.

ABŞ və KXDR arasında ilk sammit iyulun 12-də Sinqapurda baş tutmuşdu. Donald Tramp və Kim Çen In sammitin nəticələrinə əsasən, birgə bəyanat imzalamışdı. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə bunun əvəzində KXDR-ə təhlükəsizlik zəmanəti vəd etmişdi. Liderlərin ikinci görüşü fevralın 27-28-də Vyetnamın paytaxtında keçiriləcək.