Bakıda qadın özünü maşına belə çırpdı - VİDEO
27-02-2019, 14:46
Oxunub: 2 507
Bakıda baş verən qəzaların yarısı piyada vurulması ilə nəticələnir
Qəzaların bəziləri sürücü günahı səbəbindən olsa da, bəziləri piyadaların məsuliyyətsizliyi üzündən baş verir.
Bolgexeber.com Baku.ws-ə istinadən xəbər verir ki, elə insanlar var ki, bilərəkdən özlərini maşının altına ataraq, sürücülərə problemlər yaradırlar. Beləlik onlar bilərəkdən qəza şəraiti yaradıb, onları "vuran” sürücülərdən pul tələb edirlər.
Belə hadisələrdən biri də avtomobillərin birinə quraşdırılan müşahidə kamerasına tuş gəlib.
Görüntülər Yasamal rayonu ərazisində qeydə alınıb. Videodan da göründüyü kimi bir qadın yolun ortasında dayanıb. O, qəfil orta sürətlə hərəkət edən "Mercedes – E klass” markalı, 90 FV 188 nömrə nişanlı avtomobilin üstünə atılıb. Qadın maşına dəyib və yerə yıxılıb.
Videodan da açıq-aydın görünür ki, qadın bilərəkdən özünü maşının üstünə atır. Göründüyü kimi bu hadisə intihara cəhd də deyil. Çünki qadın intihar etmək istəsəydi, maşının qarşısına atılardı. Həm də, ölmək istəyən şəxs yavaş hərəkət edən maşının yox, sürətlə gedən avtomobilin altına atılar.
Maşının sürücüsü Elməddin Bayramov maşını saxlayıb və qadının vəziyyətilə maraqlanıb. Qadını həkimə aparmağı da təklif edib. Lakin piyada razılaşmayıb.
Baş verən hadisənin görüntüsünü təqdim edirik:
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər